Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:25.11.2021 16:03:44

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Azərbaycanın COVID-19-la mübarizədə dünya ölkələri arasında ilk sırada olduğunu bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, H.Klüge koronavirus pandemiyası ilə apardığı mübarizəyə görə Azərbaycana təşəkkür edib.

O bildirib ki, Azərbaycan COVID-19-la bağlı mübarizədə dünya ölkələri arasında ilk sıradadır.

S.Qafarova qarşı tərəfə Azərbaycanın COVID-19 infeksiyasının aşkar edildiyi ilk günlərdən bu bəlaya qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Milli Məclisin sədri Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışıb. O bildirib ki, rəsmi Bakı COVID-19-la mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verib.


ÜST rəsmisi Azərbaycana təşəkkür edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ