Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:24.11.2021 14:32:39

Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə yeni tip koronavirus (Covid-19) antikor (anticisim) testinə beynəlxalq lisenziya verdi.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, İspaniya Milli Araşdırma Şurasının (CSİC) inkişaf etdirdiyi test dəstinin insan bədənində “Covid-19” virusu infeksiyası və ya “Covid-19” peyvəndindən sonra insan orqanizmində əmələ gələn antikor nisbətini effektiv şəkildə aşkarlaya biləcəyi açıqlanıb.

  Qeyd edilib ki, bu antikor testi digərlərindən fərqli olaraq sadə laboratoriyalarda tətbiq oluna və testlərin geniş tətbiqi ilə aztəminatlı ölkələr “Covid-19” antikorları daşıyan insanların sayı ilə bağlı konkret məlumat əldə edə bilərlər.

  Sınaq nəticələri adi gözlə, heç bir cihaz olmadan rəng cədvəlinə qarşı tutularaq oxunur. Mikroplata oxuyucularında test dəqiqlik nisbəti isə daha yüksəkdir.

  Antikor testinin istehsalı və yayılması üçün orta və aşağı gəlirli ölkələrdən heç bir patent rüsumunun alınmayacağı bildirilirb.

  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus sözügedən mövzu ilə bağlı deyib: “CSİC tərəfindən istehsal edilən antikor test dəsti “Covid-19”la mübarizədə mühüm həmrəylik nümunəsidir.

  Peyvənd istehsal edən ölkələr və şirkətlər də CSİC-nin məsuliyyətli davranışını örnək götürməlidir.

  Pandemiya dövründə effektiv mübarizə aparmaq üçün bu cür açıq və şəffaf lisenziyalara ehtiyacımız var."


ÜST COVİD-19 anticisim testinə beynəlxalq lisenziya verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ