Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.11.2021 12:05:30

Artıq layihə iştirakçılarının seçimi aparılıb və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən onlara biznes təlimləri keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı, İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yeni layihəyə start verilib.

Nazirlikdən İslamazeri.com-a verilən məlumata görə, tərəflər arasında imzalanan Memoranduma əsasən ilkin mərhələdə layihə uşaqlarını tək böyüdən və çoxuşaqlı 10 qadının işlə təminatı üçün Şamaxı rayonunda sosial müəssisə yaradılmasını nəzərdə tutur.

Artıq layihə iştirakçılarının seçimi aparılıb və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən onlara biznes təlimləri keçirilib. Növbəti mərhələdə qiymətləndirmə aparılacaq. Yekunda iştirakçılara Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində dərzilik fəaliyyəti üzrə aktivlər təqdim ediləcək.

“Azəriqaz” İstehsalat Birliyi bazasında olan məkanlardan birini təmir edilmiş şəkildə həmin şəxslərin sosial müəssisə formasında fəaliyyəti üçün ayıracaq. Rayon İH isə müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək.

Qeyd edək ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, sosial müəssisə - sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxsdir.


Uşaqlarını tək böyüdən qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə hərbi gəmi və təyyarə göndərir
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ