EURO 2,0771 NEFT 73,79
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:07.09.2017 16:52:34

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə il ərzində 120-140 uşağın dərmandan zəhərlənməsinə görə müraciət edilir.

Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənən uşaqlar arasında ölüm halları baş versə də, bu say az olur: "Çox zaman evdə nəzarətin olmasına baxmayaraq, uşaqlar imkan tapıb dərmanları qəbul edirlər. Onlar adətən, nənə, babalarının dərmanlarını qəbul edirlər. Bu dərmanlar da əsasən, qan laxtalanmasına, təzyiqə qarşı olur. İndi dərmanların çoxu rəngbərəng, dadı isə şirin olduğundan uşaqlar onlara maraq göstərir və içirlər. Yaxşı olar ki, dərmanlar uşaqların əllərinin çatmadığı yerlərdə qoyulsun".

Bəzən uşaqların sirkə turşusu da içdiyini deyən A.Maqsudov bildirib ki, sirkə turşusunu, əsasən, 25-40 yaşlılar və yaşı 60-dan çox olanlar qəbul edirlər: "Ümumilikdə, sirkə turşusu içənlərin 40 faizi buni sui-qəsd, qalanları isə affekt vəziyyətində, kimisə qorxutmaq məqsədilə onu qəbul edirlər. 2 xörək qaşığı sirkə turşusu ölümçül sayılır. Lakin bəzən az dozada sirkə turşusu içən xəstə də dünyasını dəyişir, yüksək dozada sirkə içən xəstəni isə xilas etmək mümkün olur. Bu, əsasən, sirkə qəbulu nəticəsində yaranan fəsadların dərəcəsindən asılıdır".

Trend


Uşaqlar arasında dərman zəhərlənməsindən narahatlıq doğuran STATİSTİKA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda bir il ərzində rekord sayda terror dəstəsi məhv edilib
    İranda bir il ərzində 300 terror qruplaşmasının məhv edilməsilə bağlı İranın təhlükəsizlik naziri açıqlama yayıb
     25.04.2018
    Ermənistan: Yerevan sakinləri yenidən küçələrə axışdılar
    Yerevanda Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının siyasi səhnədən çəkilməsi tələbilə minlərlə insan yenə küçələrə çıxmağa başlayıb
     25.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ