EURO 1,9349 NEFT 56,54
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:05.02.2018 11:12:03

Son zamanlar Azərbaycanda cırtdanboyluların sayca artdığı barədə məlumatlar dolaşır.

 İslamazeri.com xəbər verir ki, Teleqraf.com-un bu istiqamətdə suallarını endokrinoloq Gülay Məmmədova cavablandırıb.

- Gülay doktor, cırtdanboyluluğun səbəbləri barədə nə deyərdiniz?

- Boy hormonunu beyin əsasında yerləşən hipofiz adlı vəz ifraz edir. Doğulandan başlayaraq bütün ömür boyu sümük kütləsinin inkişafını, boyumuzun artmasını həmin hormon təmin edir. Uşaqlarda boy hormonunun hər hansı bir səbəbdən ifraz olunmaması, çatışmaması cırtdanboyluluğa səbəb olur.

Hipofiz vəzinin boy hormonu ifraz edən hüceyrələrinin zədələnməsi və ya genetik xəstəliklər nəticəsində boy hormonu ifrazı pozulur. Hipofiz vəzinin zədələnməsi hipofizə qansızma, hipofizin adenomaları, beyin əsasının travmaları, naməlum etiologiyalı, genetik və başqa səbəblərdən ola bilər. Artmasının səbəblərindən biri də onun çox bahalı olmasıdır. Hormon yazılır, amma hər ailənin onu alıb, istifadə etməyə gücü çatmır.

- Cırtdanboyluluğun hansı müalicə üsulları var?

- Bu xəstəliyin yeganə müalicə üsulu əvəşzedici hormon terapiyasıdır. Yəni xəstə boy hormonunun xaricdən inyeksiya şəklində alır. Hər gün, gündə bir dəfə inyeksion yolla boy hormonu dəri altına (göbəkətrafı, bazu, bud nahiyəsinə) vurulur. Dərman dozasını həkim əsasən uşağın çəkisinə görə təyin edir.

- Valideyn hansı dövrdə bilməlidi ki, övladında cırtdanboyluluq var?

- Boy hormonu çatışmazlığı istənilən yaş dövründə müşahidə edilir. Hətta yetkin insanlarda belə boy hormon çatışmazlığı ola bilər. Uşaqlarda boy hormonu çatışmazlığının ən vacib göstəricisi boy qısalığı və ya uşağın illik uzanma sürətinin azalmasıdır. İllik boy artma sürəti hər yaşa görə dəyişir. Məsələn, 4-9 yaş arası uşaqlarda illik boy artımı ≥5 sm-dir. Əgər valideynlər övladlarının boyunun öz yaşıdlarına, sinif yoldaşlarına nisbətən qısa olduğunu və/və ya 1 il ərzində boylarının artmadığını görərlərsə pediatra müraciət etsinlər. Pediatr adı gedən xəstəlikdən şübhələnərsə, endokrinoloqa yönəldir. Endokrinoloq müxtəlif dinamik testlərə, qan təhlillərinə və s. əsaslanaraq boy çatışmazlığı diaqnozunu təsdiqləyərək müalicəyə başlayır.

- Belə bir fikir var ki, zaman keçdikcə insanların boyu kiçilir. Bu, düzdür?

- Bu, daha çox yaşlı insanlarda, xüsusilə də “sümük əriməsi″ dediyimiz osteoporozdan əziyyət çəkənlərdə müşahidə oluna bilər. Bucür xəstələrdə nəinki bir neçə santimetr, hətta 10 santimetrə qədər boy kiçilməsi ola bilər.

- Hansı ölçülər cırtdanboyluluq sayılır?

- Oğlan və qız üçün hər yaş dövrünə uyğun boy normativləri var. Ən önəmlisi daha öncə qeyd etdiyim kimi valideynlər övladlarının öz yaşıdlarına nisbətən boyunun qısa olduğunu və ya il ərzində boylarının artmadığını gördükdə həkimə vaxtında müraciət etsinlər.

- Cırtdanboylunun övladının cırtdanboylu olma ehtimalı varmı? Yəni bu, genetik ötürülürmü?

- Əgər boy hormonu çatışmazlığı genetik xəstəliyə bağlıdırsa bəli, cırtdanboylunun övladı da çox gümanki boy hormonu çatışmazlığı ilə doğulacaq. Amma xəstəlik vaxtında aşkarlanıb müalicəyə başlanılarsa xəstələr normal boya sahib ola bilərlər. Xəstəlik nə qədər tez başlayarsa boy bir o qədər qısa olar. Ona görə genetik mənşəli boy qısalığında boy daha qısa olur. Bu cür xəstələri liliput da adlandırırlar. Liliputluqda isə müalicə yoxdur və onlar ömrüboyu elə qalırlar. Doğulan uşaqlar da çox vaxt liluput doğulur. Liliputların boyu 40-90 santimetr olur, çəkiləri isə 5-15 kq arasında dəyişir. Cırtdanboylu kişilərdə isə boyun uzunluğu maksimum 130 sm, qadınlarda 120 sm -lərə çatsa da, liliputların boyu 40-90 santimetr, çəkiləri isə 5-15 kq arası olur.


Uşağınızın boyu kiçikdirsə... - Cırtdanboyluluq haqda həkim məsləhəti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zahid Sabirabadlı dəfn edildi
    Ötən gün dünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlı dəfn edilib.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ