EURO 1,9745 NEFT 74,62
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:27.12.2017 11:09:45

Azərbaycanda hamilələri uşağın cinsinin təyini üçün müayinə etmək qadağan olunur.

Cinslə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması (selektiv abort) qadağan olunur.

Bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 18-ci (Hamiləliyin süni pozulması) maddəsinə əsasən, hamiləliyin süni pozulması “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir. Cinslə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçirilir.

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev də açıqlama verib. Deputat bildirib ki, yeni qanun layihəsində əsas məqsəd selektiv abortların qarşısının alınması və uşağın cinsinə görə abort olunmasının qadağan edilməsidir.

“Adətən ultrasəs müayinəsi ilə hamiləliyin 3 aylığında müəyyən edirlərsə ki, uşaq qız uşağıdır, valideynlərinin birinin arzusu ilə abort elətdirirlər. Biz də belə halları nəzərə alaraq, qanunla bunu qadağan edirik. Belə hallar demoqrafiq problemlər yarada bilir. Həmçinin bir canlı insanın məhv edilməsi mənəviyyata zidd məsələdir. Bu həmçinin islam dininin də tələblərinə ziddir. Buna görə də bu qadağa qanunda yer alıb”.

Qeyd edək ki, Azərbaycanda əksər ailələr övladının qız olacağını biləndə onu dünyaya gətirməkdən imtina edir.

Bir qisim insanlar hər bir qadının uşağının qız və ya oğlan olması ilə bağlı məlumatı öyrənməyə haqqının olduğunu desələr də, ikinci qisim insanlar bu qanunun yerində verilmiş bir qərar olduğunu düşünür. Ancaq bunun pasiyentlə həkim arasın yeni “şirinlik” münasibətini də yaradacağını düşünənlər var. Yəni övladının cinsiyyətini öncədən bilmək istəyən valideyn həkimə “şirinlik” verməklə onu çox asanlıqla öyrənə bilər.

Cərrah mama-ginekoloq Ləman Əliyeva bu qanunun qəbul olunmasının tərəfdarı olduğunu dedi: “Əgər bu qəbul olunsa, çox yaxşı qərar olardı. Analar üçün övladının cinsiyyətini bilmək iki cəhətdən maraqlıdır. Birincisi, maraq üçün uşağının oğlan və ya qız olacağını öyrənmək, ikincisi isə onu abort etmək üçün öyrənmək. Hətta evdə bir qızı olan analar görmüşük ki, deyir ki, məndə mütləq və mütləq ikinci oğlan olmalıdır. Onu yoxlatdırır, əgər ikinci uşaq da qızdırsa, deyir istəmirəm. Uşağın cinsiyyətinin UZİ-də 12-ci həftəsindən sonra, hətta 13-cü həftəsində daha dəqiq görmək olur. 13 həftəlik uşağı abort etmək günahdır. Çünki bu uşaq tam formalaşmış, əli, ayağı, hər şeyi üstündə olan bir uşağı cinsiyyətinə görə abort etmək dözülməz bir şeydir. Mən düşünürəm ki, cinsiyyət təyin olunmasın deyə bir qərar olsaydı yaxşı olardı. Ən azından cinsiyyəti müəyyən bir vaxtdan sonra demək olar ki, onu artıq abort etmək mümkün olmasın. Məsələn, 5-6 ayında demək olar, hansı ki, analar artıq o aylarda abort edə bilməyəcək. Amma hamilə qadın 12-13 həftəsində gəlib israrla mən cinsiyyəti bilməliyəm deyirsə, bilmək lazımdır ki, o, məqsədli şəkildə cinsiyyəti öyrənmək istəyir. Həmin zaman cinsiyyəti deməsələr yaxşı olar”.

Əgər bu, gənc ailənin ilk övladıdırsa, cinsiyyəti deyib, yox, evdə artıq bir qız övladı varsa, ikincinin cinsiyyətini gizlətmək kimi bir istisnalar ola bilərmi sualına gəlincə isə L. Əliyeva xəstənin həmin an yalan danışıb danışmadığını ayırd etmənin mümkünsüz olduğunu dedi: “Belə bir istisnalar olsa da biz onu haradan biləcəyik ki, doğru danışır. Xəstədən soruşacağıq ki, evdə övladın varmı, yoxmu, o var da deyə bilər, yox da. Bu zaman gərək xəstədən sənədlərini, nikah haqqında, doğum haqqında şəhadətnamələrini istəyəsən. O da gətirəcəkmi, gətirməyəcəkmi sual altındadır. Çox zaman qadınlar evdə artıq bir qız övladı olduqlarını gizlədir, həkimi aldada bilirlər”.

Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.


Uşağın cinsiyyətinin təyini qadağasına əməl olunacaqmı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı səfirin oğlu həbs edildi
    Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər.
     22.06.2018
    Pulsuz çimərlikdə yalnız su və qum pulsuzdur...
    Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, dəfələrlə çimərliklərdə dənizə girməyin pulsuz olduğu qeyd edilib.
     22.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ