Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:23.06.2022 16:00:34

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ərzaq qıtlığından ən çox təsirlənən 15 ölkədə milyonlarla uşaq üçün tədbirlər gördüyünü açıqlayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstan, Burkina Faso, Çad, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Keniya, Madaqaskar, Mali, Niger, Nigeriya, Somali, Cənubi Sudan, Sudan və Yəməndə 5 və daha aşağı yaşda olan 8 milyon uşağın, qida çatışmazlığından ölmək riski altında olduğunu açıqlayan UNİCEF, uşaq ölümlərində potensial partlayışın qarşısını almaq üçün, bu ölkələri "sürətləndirmə planına" daxil etdiyini bəyan edib.

 UNICEF, ilin əvvəlindən qlobal ərzaq böhranının təsirlərinin kəskinləşməsi ilə əlaqədar 260 min uşağın ölüm riski səviyyəsinə gəldiyini və bunun dəqiqədə bir uşağın ölməsi demək olduğunu bildirərək, alınacaq tədbirlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkib. 

Böhranın dərinləşməsində Ukrayna müharibəsi ilə əlaqədar artan ərzaq qiymətlərinin, bir çox ölkədə iqlim dəyişikliyi səbəbindən uzunmüddətli quraqlığın və pandemiyanın iqtisadi təsirlərinin rol oynadığı bildirilib.

Bu 15 ölkənin təcili olaraq ərzaq və dərman yardımına ehtiyacı olduğunu bəyan edən UNICEF, yaxın günlərdə Almaniyada görüşəcək olan Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Kanadadan ibarət G7 ölkələrinə çağırış edib.

UNICEF G7 ölkələrindən 1,2 milyard dollarlıq yardım paketi istəyib.


UNICEF: Dünyada 8 milyon uşaq aclıqdan ölmək üzrədir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ