EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:01.05.2019 12:50:20

Ukraynanın yeni prezidenti müsəlmanlardan üzr istəyib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Ukraynın yeni seçilmiş prezidenti Vladimir Zelenskiy “ChistoNews” verilişində istifadə edilmiş kadrlara görə müsəlmanlar qarşısında üzr istəyib.

Sözügedən kadrlarda Çeçenistan başçısı Ramzan Kadırov namazdan sonra ağlayır.

Zelenskiy bildirib ki, bu video barədə xəbərsiz idi, çünki həmin verilişin aparıcısı deyil. Onu digər redaktorlar qrupu hazırlayırdı.

“Məsələ ümumiyyətlə Kadırov deyil. Orada videodan kadrlar var idi və həmin kadrlar ümumiyyətlə bununla bağlı deyildi. Bu kadrlara Ramzan Kadırovun ağladığı video düşüb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ona zəng edərək bu video haqda məlumat veriblər və bununla bağlı fikirlərini soruşublar.

“Orada vəziyyət belədir, müsəlman dünyası... Məni də dayandıran elə bu oldu. Mən dedim ki, orada mahiyyətin nə olduğunu bilmirəm və məsələni araşdıracağam”, - deyə o əlavə edib.

O vurğulayıb ki, din “ağrılı mövzudur”, dini maraqlara ilişmək isə sadəcə olaraq “yaxşı bir iş deyil”.

“Mən bütün müsəlman dünyası qarşısında öz uşaqlarımıza görə üzr istəmək istəyərdim”, - deyə o bildirib.


Ukraynanın yeni prezidenti: İslam dünyasından üzr istəyirəm - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur
    İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi" MMC-də 564 min manatın mənimsənilməsilə bağlı növbəti proses keçirilib.
     21.07.2019
    Başqasını xilas etmək istəyirdi, özü boğuldu - Bir gəncin faciəsi
    Bakıda, Qızıl Qum çimərliyində bir nəfər dənizdə boğulub.
     21.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ