1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:22.04.2019 00:02:14

Ukraynada exit-poll şoumen Vladimir Zelenskinin prezident seçkilərinin ikinci turunda hazırkı prezident Petro Poroşenko üzərində böyük üstünlüklə qələbə çaldığını göstərir.

Ukraynada exit-poll şoumen Vladimir Zelenskinin prezident seçkilərinin ikinci turunda hazırkı prezident Petro Poroşenko üzərində böyük üstünlüklə qələbə çaldığını göstərir.

Exti-poll nəticələrinə görə, populyar televiziya seriallarında prezident rolunun ifaçısı kimi tanınmış aktyor və komediya ustası Zelenski səslərin 73 faizini əldə edib.

Seçki qərargahında tərəfdarlarına dəstəyə görə təşəkkürünü bildirən Zelenski prezident Petro Poroşenkonun zəng edib, onu qələbə münasibətilə təbrik etdiyini deyib. Zelenski bundan sonra ilk mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb. O, hakimiyyətə gəldikdən sonra ölkə rəhbərliyinə "yeni adamları" gətirəcəyini deyib. 

Rusiya ilə münasibətlərə dair sualın cavabında Zelenski bildirib ki, o, ilk növbədə, Rusiyada həbsdə və əsirlikdə olan ukraynalıların vətənə qaytarılmasına çalışacaq. Zelenski Moskva ilə danışıqları Normandiya formatında davam etdirəcəyini və Ukraynanın şərqində münaqişənin Minsk razılaşmaları əsasında, həllinə çalışacağını bildirib.

Seçki qərargahında tərəfdarları qarşısında çıxış edən Petro Poroşenko dövlət başçısı kimi vəzifəsindən gedəcəyini deyib, lakin siyasətdə qalacağını bəyan edib. O, tərəfdarlarına dəstəyə görə təşəkkürünü bildirib.

Siyasi təcrübəsi olmayan 41 yaşlı Zelenski rəy sorğularında prezident uğrunda yarışların favoriti idi. Zelenski populyarlığını seçicilərin ölkədə korrupsiya, iqtisadi problemlər və Ukraynanın şərqində müharibənin davam etməsi ilə bağlı narazılıqları fonunda qazanıb. 

Poroşenko cümə günü Olimpiya stadionunda televiziya ilə yayımlanana canlı debatdan öncə tərəfdarlarını fəallaşdırmağa çalışaraq, Kiyevin Azadlıq meydanına mitinq keçirib. 51 yaşlı prezidenti minlərlə insanın toplaşdığı mitinqdə tərəfdarlarına Zelenskinin seçildiyi halda Rusiya prezidenti Vladimir Putinin ondan istifadə edəcəyini deyib. O həmçinin Zelenskinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində addımlarını heçə endirəcəyini bildirib.

Zelenski ənənəvi siyasi kampaniyalardan uzaq duraraq, mediaya müsahibələr verməyib, komediya şouları ilə ökənin müxtəlif yerlərinə səfərlər edib. Mediaya müsahibə verdiyi zaman isə o, Avropa İttifaqı və NATO ilə daha yaxın əlaqələrin tərəfdarı kimi çıxış edib. Zelenski həmçinin Ukraynanın şərqində üsyançıların reinteqrasiyası üzrə səylərin artırılmasına çağırıb.(voa)


Ukraynada prezident seçkiləri: Exit-poll Zelenskinin qalib olduğunu göstərir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ