EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:07.05.2019 15:47:28

Təkcə aprel ayuında İrandan 100 min tona yaxın neft alan Türkiyənin TÜPRAŞ şirkəti İrandan neft almayacağını bildirib

Təkcə aprel ayuında İrandan 100 min tona yaxın neft alan Türkiyənin TÜPRAŞ şirkəti İrandan neft almayacağını bildirib.

İslamazeri.com xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Habertürk-dən Olcay Dilek adlı jurnalistin xəbərinə görə,  aprel ayuında İrandan 100 min tona yaxın neft alan Türkiyənin TÜPRAŞ şirkəti İrandan etdiyi neft idxalını dayandıracaq. TÜPRAŞ yeni xam neft idxalını İraq, Rusiya və qismən də Səudiyyə kimi ölkələrdən edəcəyi önə çəkilir.

Türkiyə ayda müxtəlif ölkələrdən təxminən 2 milyon tona yaxın neft idxalı edib. Sanksiyalara qədər bu idxalın yarısı İran İslam Respublikasının payına düşürdü.

TÜPRAŞ aşağıdakı səbəblərə görə, İran neftinə üstünlük verirmiş:

1. İran nefti keyfiyyətinə görə başqa ölkələrdən daha ucuzdur

2. İran nefti TÜPRAŞ-ın zavodlarında ideal neft olaraq daxili bazarda satışa çıxarılıb. İran neftinin texniki özəllikləri TÜPRAŞ-ın texniki xüsusiyyətlərinə uyğundur. Bu səbəblərə görə, müxtəlif aylarda Türkiyə ölkəsinə idxal etdiyi neftin yarısnı İrandan alıb.

TÜPRAŞ-ın İran neftindən imtinası isə Donald Trampın 8 ölkəyə müvəqqəti İrandan neft almasına verdiyi icazəni uzatmayacağını açıqladıqdan sonra reallaşıb.

Qeyd edək ki, Türkiyənin XİN başçısı Çavuşoğlu tez bir zamanda texniki səbəblərdən Türkiyəyə idxal edilən İran neftinin başqa ölkə neftilə dəyişdirilməsinin qeyri-mümkün olduğunu bildirmişdi.


Türkiyənin TÜPRAŞ şirkəti İrandan neft almayacaq - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu” - Deputat
    Milli Məclisin deputatı Araz Əlizadə jurnalist Fuad Abbasovun Moskvada saxlanmasının səbəbləri və başqa məqamlar haqda danışıb.
     27.05.2019
    DYP-dən şikayətçiyə cavab - FOTOFAKT
    Cavab məktubunu təqdim edirik...
     27.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ