EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.10.2019 12:45:31

Suriya Demokratik Qüvvələri (SDK) Türkiyə sərhəddi yaxınlığındakı Rasul Ayn şəhərində olan hərbi qrupun geri çəkildiyini açıqlayıb.

İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, Suriya Demokratik Qüvvələri (SDK) Türkiyə sərhəddi yaxınlığındakı Rasul Ayn şəhərində olan hərbi qrupun geri çəkildiyini açıqlayıb. SDQ sözçüsü Kino Gabriel, "Artıq şəhərdə döyüşçümüz yoxdur" deyib.

Bazar günü Kürd Demokratik Birlik partiyasının (PYD) silahlı qanadı olan Xalq Mühafizə Qruplarının (YPG) bəzi döyüşçülərini və yaralıları daşıyan böyük bir maşın karvanı Ras'ul Ayn-dan gedib. Bəzi mülki şəxslərin də şəhəri tərk etdiyi müşahidə olunub.

Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud isə SDQ-nin Ras'ul Ayn şəhərindən "tamamən getdiklərini" söyləyib.

SDQ-nin əsas hissəsini YPG təşkil edir. Türkiyə YPG-ni "terror təşkilatı" saydığı PKK-nın Suriyadakı qolu hesab edir.

Türkiyənin Milli Müdafiə Nazirliyindən bazar günü verilən açıqlamada isə "Barış Pınarı Hərəkatı"-da atəşkəs elan edildikdən bəri "55 maşından ibarət karvanın Ras'ul Ayn-a daxil olduğu və 86 maşından ibarət karvanın isə Tel Tamir istiqamətində şəhərdən çıxdığı" bildirilib.

Türkiyə oktyabrın 9-da Suriyanın şimalında və Fırat çayının şərqində başladığı "Barış Pınarı Hərəkatı" ilə Tel Abyad və Rasul Ayn şəhərləri olan bölgəyə yönəlib.

Hərəkatın 8-ci günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın başçılıq etdiyi heyətlə ABŞ-ın vitse-prezidenti Mike Pence-nin başçılıq etdiyi heyət arasında görüşdə razılaşma əldə olunub.

Razılaşmaya görə, Türkiyə 120 saat müddətində hərbi əməliyyatları dayandıracaq və bu müddət ərzində YPG təqribən 32 km-lik ərazidə yaradılacaq təhlükəsiz bölgənin gerisinə çəkiləcək. Bu müddət çərşənbə axşamı gün başa çatır.

Türkiyənin əsas məqsədi kürdlərin Xalq Qoruma Birliyini (YPG) öz sərhədlərindən uzaqlaşdırmaqdır. Ankara onları "terrorçu" hesab edir.

Türkiyə hakimiyyəti Suriyanın şimal-şərqində sərhəd boyu kürd silahlılarının olmayacağı 32 kilometrlik "təhlükəsiz zona" yaratmaq istəyir.

Ankara "təhlükəsiz zonada" hazırda Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını yerləşdirmək istəyir. Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsinə görə ölkəni tərk etmiş suriyalıların 3,6 milyon nəfəri Türkiyədədir.


Türkiyənin "terror qruplaşması" kimi tanıdığı SDQ Suriyanın şimalından çəkilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ