EURO 2,1108 NEFT 65,25
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:30.01.2018 12:43:29

Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları bu gün səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində həbs olunublar

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları bu gün səhər  yerli vaxtla 06:30-da həyata keçirilən əməliyyat nəticəsində həbs olunublar. İlkin məlumatlara görə, onlara qarşı cinayətkar qruplaşma ittihamları irəli sürülüb.

Əməliyyat Adana şəhərində "Furqan" təşkilatının binası və evlərdə həyata keçirilib. Əməliyyatda xüsusi təyinatlılar iştirak edib. Xatırladaq ki, Kuytul Ərdoğanın siyasətini tənqid edən yeganə sünni alimlərdən sayılır. O sünni-şi müharibsinin yaradılmasına qarşı çıxmış, hökümətyönlü medianın iddiasına görə, Afrin əməliyyatlarını da tənqid etmişdi. Lakin yayılmış videoda onun Afrin əməliyyatlarının şişirdilməsinə qarşı çıxdığını bildirib.

Kuytul açıqlamasında "Bu məsələ elə şişirdilir ki, sanki Romanı fəth etməyə gedirik. Orada nə qədər adam varki? Bir neçə minlik ordu var. Sanki yüz minlik ordu ilə döyüşməyə gedirik.", - deyə qeyd etmişdi.

Ötən ilin aprel ayında geniş əməliyyatlar keçirilmiş, daha sonra saxlanılanlar sərbəst buraxılmışdı - ətraflı.

Qeyd edək ki, Alparslan Kuytulun tərəfdarları alimlərinin saxlanıldığı idarənin qarşısına toplaşıblar.



Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları həbs olundu - FOTO - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 191 dövlət əmlakı satışa çıxarılacaq
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
     19.02.2018
    Zərif İsrailin
    İsrail və ABŞ-ın ara-sıra İran İslam Respublikasının Suriyada hərbi bazasının varlığıyla bağlı açıqlamalarına İranın XİN başçısı cavab verib
     19.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ