EURO 1,9349 NEFT 71,37
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.02.2018 17:49:21

Bu gün Türkiyənin 81 şəhərində eyni zamanda Adnan Oktarın Diyanət işçiləri haqqında istifadə etdiyi ifadəyə görə, Diyanet-Sen üzvləri prokurorluğa şikayət ediblər

İslamazeri.com xəbər verir ki, bu gün Türkiyənin 81 şəhərində eyni zamanda Adnan Oktarın Diyanət işçiləri haqqında istifadə etdiyi ifadəyə görə, Diyanet-Sen üzvləri prokurorluğa şikayət ediblər. Türkiyə Diyanət və Vəqf işçilərinin Həmkarlar İttifaqnın 81 şəhərdəki şöbələri eyni zamanda aksiya keçirərək, Diyanət İşləri Başkanlığına (Dini İşlər İdarəsi) qarşı təhqiramiz ifadələr işlədən Adnan Oktar haqqında şikayət ərizəsi veriblər.
Ankarada Diyanət-Sen sədrinin vəkili Osman Aydın, Adnan Oktarın sahib olduğu "A9"kanalından hazırlatdırdığı proqramlarla Türkiyə xalqının milli-mənəvi dəyərlərinə uymayan yayımlar həyata keçirdiyini bildirib.
Osman Aydın sözlərinə belə davam edib: "Söz azadığını xalqın dəyərlərinə qarşı olaraq hesab edən bu şəxs, etdiyi şoular və İslama, nə də bu ölkənin insanına fayda vermədiyi, qədim ənənə olan İslamın bu cür manipulyasiyalarla degenerasiya olmayacağı məlumdur. İslamın qadın və kişilərin geyimilə bağlı münasibəti və bu mövzudakı hökmləri açıq ikən İslam dininin, Yəhudi və xristian inancının belə təsdiq etmədiyi naxoş görüntülərlə ekranlarda məlum görüntülərilə camiənin əsəblərilə oynamaq normal qarşılanacaq bir durum deyildir."
Osman Aydın Diyanətlə bağlı Adnan Oktarın açıqlamarıyla bağlı isə bunları deyib: "Oktara təpki sərgiləndiyində, əxlaqsız ifadələrlə bu millətin tanınan qurumu Diyanəti hədəf alaraq öz ağlı ilə cavab verməyə, Diyanətin və alimlərin xalq nəzdində etibarını zədələməyə çalışmaqdadır.  Adnan Oktar Diyanətin gəlirlərinə gəlincə ağlına İslam gəlməkdə, amma özü tənqid edildikdə, azad bir dövlətdə hər kəsin hörmət olunmasını göz önünə gətirməkdədir.
Soruşuruq, ey Adnan Oktar; sənin naxoş görüntülərin azadlıqla qanuni olduğu halda, dövlətin konstutusiyası və iqtisadi yapısı ilə qurulan bir dövlət anlayışında Diyanət hansı məntiqlə büdcədən istisna ola bilər? Və ya bu durum Diyanətin problemidirki, burada Diyanət ittiham olunur?"
"Hakim və prokurorlarımızdan tələbimiz odur ki, İslam dinilə oynayan, xalqın dəyərlərini bilə-bilə aşağlayan, toplumda kin və nifrətin yayılmasına yol açan, dövlətin qurumlarına tüpürcəklə hücum edən, əxlaqsızlığı fikir azadlığı deyərək insanlara qəbul etdirməyə çalışan bu şər ünsürlərin İsrail və FETÖ heyranlığı daxil olmaqla, arxalarında olan güclər və iqtisadi dayaqlar araşdırılsın, layiq olduqları cəza barələrində tətbiq edilsin", - deyə Aydın əlavə edib.
                                                                                       
Qeyd edək ki, qəzet və TV-lərin Ankara təmsilçilərilə  Diyanət İşlər İdarəsində etdiyi görüşdə, Diyanət İşlər İdarəsinin sədri Professor Əli Erbaş Adnan Oktarla bağlı maraqlı açıqlamar vermişdi. O "İnşəllahlar, maşallahlar havada uçur, dini əsas kimi rəqqasələri oynadırsan, belə bir şey ola bilərmi? Tamamilə ağlında problemlər yaranıb", -deyə qeyd etmişdi.

Adnan Oktar canlı yayımla bu açıqlamaya çox sərt ifadələrlə cavab vermişdi. Oktar Diyanət İşlər İdarəsinin sədri üçün "Sən FETÖ üçün gecikdik - deyirsən. Əlbəttə özüdə çox gecikdiz. Amma indi nə etməlisiz? 200 min qadının işlədiyi rəsmi fahişəxanaları bağlamalısız. Başqa işlərə qarışacağam deyəcəksən - xeyir ən böyük haram budur. Baxın 200 min vətən övladı olan qadın "Genelev"lərdə (fahişəxanalarda) satılır. Diyanət bununla bağlı açıqlama vermir. Gündə 3 milyon gənc ora gedir, həftə sonu 5 milyona çatır bu rəqəm. Onların verdiyi vergidən Diyanətə maaş verilir. Digər məsələ isə lotoreya oyunlarıdır. Bu qumardır bununla mübarizə aparmalısız", -deyə bildirmişdi...


Türkiyənin 81 şəhərində Adnan Oktar haqqında prokurorluğa şikayət edildi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pensiyaçılara şad xəbər
    Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
     16.08.2018
    Sahil Babayevdən YENİ TƏYİNAT
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ