EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.04.2019 16:12:43

Türkiyə XİN başçısı Qarabağ haqda danışıb.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu işğalçı Ermənistan rejimini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmağa səsləyib.

Onun sözlərinə görə, Ermənistan nümayəndələri regiondakı hadisələrlə bağlı ilk olaraq özləri özləri qarşısında dürüst olmalıdırlar.

“Ermənistanın üzv olduğu bütün beynəlxalq qurumlar açıq şəkildə Azərbaycan torpaqlarının işğal edildiyini bəyan edir. Niyə Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmır?”, - deyə o qeyd edib.

O həmçinin Türkiyənin Ermənistanla əlaqələrin normallaşdırılması üzrə təşəbbüslərini də xatırladıb.

“Biz açıq şəkildə bəyan etdik ki, qoşunların Azərbaycan torpaqlarından çıxarılması şərti ilə Ermənistanla sərhədi açmağa hazırıq”, - deyə bildirib.

O əlavə edib ki, Azərbaycanın istənilən problemi bir-başa Türkiyənin də maraqlarına təsir edir.

“Ermənilər ədalət haqda danışırlar və buna paralel olaraq da “soyqırım” haqda yalan yayırlar”, - deyə o söyləyib.

Onun sözlərinə görə, PKK terror təşkilatının üzvləri arasında etnik ermənilərin də sayı az deyil.


Türkiyədən Qarabağa dəstək: PKK-da çoxlu erməni var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir
    O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.
     19.04.2019
    Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
    Əfqanıstanda təbii fəlakət böyük ziyan və itkilərə səbəb olub.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ