1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.07.2019 20:04:02

Türkiyə XİN başçısı Fələstin barədə danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, ölkəsi Fələstin məsələsinin ABŞ və İsrail rejiminin əlində “əsirə” çevrilməsinə imkan verməyəcək.

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İcraçı Komitəsinin fövqəladə sessiyasında çıxış edən türkiyəli nazir bir sıra ərəb dövlətlərinin həmin tədbirdə iştirak etməməsini tənqid edərək əlavə edib: “ABŞ, digər dövlətlər, hətta İsrail, İƏT-ə üzv olan ölkələrə təzyiqlər göstərir”.

Onun sözlərinə görə, Türkiyə Fələstin məsələsinin həmin ölkələrin əlində”oyuncağa” çevrilməsinə icazə verməyəcək, çünki Qüds şəhərinin statusu İslam ümməti üçün “qırmızı xətdir”.

O qeyd edib ki, müxtəlif problemlər Fələstin-İsrail münaqişəsinin həllinə mane olur, Qüdsün qanuni və tarixi statusu isə təhlükə ilə üzləşib.

İsrail tarixi fərqli cürə yazmaq, İslam irsini, təbiətini məhv etmək, Qüds əhalisinin etnik tərkibini dəyişmək istəyir”, - deyə o bildirib.

Fələstin torpaqlarında qeyri-qanuni yəhudi qəsəbələrinin salınması davam edir, o cümlədən də Qüds və İordan çayının Qərb sahilində. Bu, Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipinə əsaslanmış həllin pozulmasına yönəlmiş dərk edilmiş addımdır”, - deyə Çavuşoğlu əlavə edib.


Türkiyədən İsrailə sərt mesaj: “Qüds qırmızı xəttimizdir!”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ