EURO 1,9052 TRY 0,2794
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.04.2019 15:32:00

Türkiyəli taksi sürücüsündən təqdirə layiq hərəkət

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin İstanbul şəhərində taksi sürücüsü Tunisdən olan turistin çantasını geri qaytarıb. Sözgedən çantanın içində isə 30 min avro pul var idi.

Yerli KİV-lərin məlumatına görə, turistlər İstanbul hava limanından Kumkala rayonundakı otelədək taksi tutublar, yolun sonunda isə çantanı avtomobildə unudublar.

Taksiyə yeni müştəri minən zaman, sürücü unudulmuş çantanı görüb və həmin gündəcə unutqan tunislilərin çantasını onlara geri verib.

Taski sürücüsü 20 yaşlı Hakan Kanat jurnalistlərlə söhbət zamanı bildirib ki, unudulmuş pulları mənimsəmək onun ağlına belə gəlməyib.

Onun sözlərinə görə, ən çox pulun sahibləri tapa bilib-bilməyəcəyi barədə narahat idi. Turistlər isə, öz növbələrində, mükafat olaraq sürücüyə 100 avro bəxşiş ediblər.


Türkiyədə taksi sürücüsü haram “tikəyə” əl uzatmadı - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xırdalanda mənzildə çürümüş meyit tapıldı
    Abşeron rayonunda mənzildə çürümüş meyit aşkar edilib.
     27.05.2019
    Bakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib...
    Bakının Müşfiqabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
     27.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ