1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:09.03.2018 13:28:17

Türkiyədə Alparslan Kuytulun həbsindən sonra, daha bir ilahiyyatçı hədəfdədir

İslamazeri.com xəbər verir ki, Türkiyədə tanınmış ilahiyyatçı Alparslan Kuytulun həbsindən sonra,  ilahiyyatçı Nürəddin Yıldız hədəfə alınıb. Təbii birinci ilə, ikinci arasında fərq böyük olsada, Türk mediasının nüfuzlu bir ilahiyyatçını hədəfə alması, bundan sonra ilahiyyatçıların hədəfə alınacağı dönəmin başlanmasının göstəricisi kimi təqdim olunur. Əlbəttə ki, Yıldızın həbsi hələ gündəmdə olmasa da, prokurorluğun iş açdığı bildirilir. Alparslan Kuytul ara sıra daha çox höküməti hədəf alsa da, ikinci Səudiyyə Ərəbistanını, İranı hədəf alıb, bəzi cəmiyyətin həzm edə bilməyəcəyi sünni fiqhinin hökmlərini açıqlayıb. Kuytul sünni-şiə fitnəsini söndürmək istəsə də, Yıldız şiələrə qarşı isbatını özü bilmədiyi şeyləri deyərək, ölkənin şiə əhalisinin qəzəbinə ara-sıra gəlib. İndi isə Nürəddin Yıldızın Ərdoğan, media və Diyanət tərəfindən hədəfə alınması ölkədə hansı proseslərin getdiyinin tam anlaşılan olmadığı qənaətinə gətirib çıxarır. Çünki, bir zamanlar AKP-yə dəstək verən Yıldızın. birdən birə hədəfə tuş gəlməsi maraq doğurur. Düzdür Yıldız daima solçu yazarların hədəfində olub, onların "Yıldızı yeni Fətullah Gülən hazırlayırlar" kimi fikirlərinə, Ərdoğanın və AKP-nin inanacağına da, adam inanmır. 

Yıldızın hədəfə alınması...

Məlumata görə, onun çıxışları mediada dediklərindən çox təhrif edilərək "Qadının döyülməsi"nə izin verilməsi kimi təqdim edilib.

2012-ci ildə lenta alınan videoda, Nürəddin Yıldız qadın və kişi fərqinin olmadığını, sadəcə bir ailə müəssisəsində bir müdir kimi kişiyə üstünlük verildiyini bildirib.  O bu videoda həmçinin zina edən, kişini faiz vermək və almağa sürükləyən, həmçinin pis yollara dəvət edən qadınların döyülməsinin caiz (izinli) olduğunu önə çəkir. Yıldız çıxışı zamanı qadının vurulmasının əslində qadına şiddət deyil də, onu özünə gətirmək üçün izin verildiyini və ancaq barmağın ucu ilə vurulmasının izinli olduğunu iddia edir.(islamazeri.com)

"Əlini yumruq edib vura bilmirsən. Sillə ilə vura bilməzsən. Sadəcə barmaq ucu ilə vura bilərsən. İşkəncə və əzab vermək üçün yox, rahatlatmaq üçün vurmağa izin verir.", deyən Yıldız bildirib ki, əgər əsəbi pik həddə çatan kişiyə "qadını vurma" desən, onda o əsəblərini başqa yolla sakitləşdirəcək.

"Qadın bu cür vurulacaqsa, səhərə qədər şükr etməsi lazımdır.", -deyə bildirib.

Türk mediası bildirir ki, Ərdoğan ad çəkmədən çıxışı zamanı Nürəddin Yıldızı hədəfə alıb. O çıxışı zamanı "Özünə görə ictihad edən şəxslər çıxıb ortaya. Anlamaq mümkün deyil. Bunlar sanki bu əsrdə yaşamırlar, yəni fərqli bir zamanda, fərqli bir dünyada yaşayırlar. Çünki bunlar illər keçdikcə İslamın yeniləşməsini bilməyəcək qədər acizdirlər. Peyğəmbərimiz "sən varlı mən kasıb" kimi ayrıseçkiliyi olmamış, əksinə fərq qoymadan belə şəxslərə sahib çıxmışdı, qadn ayrıseçkiliyi olmamışdı. Bizim inancımızda qadının çox fərqli yeri vardır.", -deyə qeyd edib.(islamazeri.com)

Bundan sonra Diyanət sədri Ali Erbaş ad çəkmədən açıqlaması da Nürəddin Yıldıza işarə edildiyi qeyd edilir. "Dinimiz mövzusunda doğru bilgilər Diyanətin bilgiləridir. Dırnaqarası ilahiyyatçıların sözlərinə etibar edilməsin. Bunların müsahibələri, sözləri toplumumuzu narahat etməkdədir. Bunların bir qismi öncə söylənmiş, indi yayılan sözlərdir. (Hərhalda) Biz razı deyilik. Biz doğru məlumatları cəmiyyətə çatdırmaq üçün çalışırıq. Kim, harda, necə sözlərlə düzgün olmayan bilgi axtarır, hamısına baxırıq. Millətimiz rahat olsun. Doğru bilgiləri, mətbuat açıqlamaları, yayınlarla cəmiyyətə çatdıracağıq, imamlarımızın da təlimi davam edir. Bu günə qədər 15 min imama təlim verdik", -deyə Ali Erbaş bildirib. (islamazeri.com)

Rəsmi məlumatalara görə, Ankara Baş Prokurorluğu Nürəddin Yıldız haqqında araşdırmaya başlayıb və ehtimal verilir ki, barəsində cinayət işi qaldırılacaq.(islamazeri.com)

Qeyd edək ki, əvvəllər Nürəddin Yıldız AKP-nin gənclər qolunun düşərgələrində təbliğat aparmış, çıxışlar edib.

Nürəddin Yıldız ilahiyyat elmlərini Səudiyyədə alıb, lakin...

Nürəddin Yıldız İmam Hatip dini təhsillə orta dərsi birləşdirən liseylərdə dərs aldıqdan sonra, Mərmərə Universitetinin ilahiyyat fakültəsinə daxil olub. Bir il oxuduqdan sonra, o Məkkədə "Umm All Qura" universtetində təhsilini davam etdirib və oradan məzun olub. Türkiyənin tanınmış sünni ilahiyyatçılarındandır. 

Vəhdətə önəm vermir...

 Nürəddin Yıldız şiələrə qarşı danışan, vəhabiliyi, həmçinin Səudiyyə Ərəbistanını İngiltərəyə bağlasa da,  Əbdülvəhhabın yolunu getdiyi İbni Teymiyəyə məhəbbətini gizlətmir.

Yıldız Ərbakan hocaya "əziz müəllim" deyə müraciət edir. Lakin, İslam Ümmətinin vəhdəti məsələsində Ərdoğanın dediyi kimi, özünə görə ictihada çatıb. 


Nürəddin Yıldız həbs olunacaqmı?

Ehtimal olunur ki, Nürəddin Yıldıza bu xəbərdarlıqdır. Çünki, Yıldızın tərəfdarları çox olduğu üçün, hökümət daima onun nəzarətdə və bunların yanında olmasını istəyir. Ona görə də, Yıldızın həbs olunma versiyası çox zəifdir. (islamazeri.com)


Türkiyədə daha bir sünni ilahiyyatçı niyə hədəfə alındı? - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşından zibil atdı: 500 manat cərimələndi, zibili özü təmizlədi - Azərbaycanda
    Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
     15.08.2018
    İtaliyada körpü faciəsində ölənlərin sayı artdı
    Şəhər meriyası hadisə ilə bağlı 2 günlük matəm elan edib.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ