EURO 1,9673 NEFT 80,82
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.04.2018 01:06:55

ABŞ Dövlət Departamentinin sözçüsü X. Nauert bildirib ki, Türkiyəyə fövqəladə vəziyyət şəraitində azad, ədalətli və şəffaf seçkilər keçirmək çətin olacaq.

Fövqəladə vəziyyət şəraitində Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tənqid edən ABŞ Dövlət Departamentinin bəyanatı qəbuledilməzdir, bu ikili standartların təzahürüdür.

 APA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

 “ABŞ Dövlət Departamenti Türkiyədə seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsini, bunun xarici müşahidəçilərin hesabatları ilə təsdiqləndiyini nəzərə almır. 2017-ci ildə keçirilmiş Konstitusiya referendumu buna əyani sübutdur. Bu bəyanat ikili standartların təzahürüdür, çünki digər ölkələrdə də, misal üçün Fransada ötən il fövqəladə vəziyyət rejimi şəraitində seçkilər keçirilib. Hələ keçirilməmiş seçkilərin qiymətləndirilməsi qəbuledilməzdir və xalqın iradəsini təsir etmək cəhdidir”, deyə H.Aksoy vurğulayıb.

  Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü X. Nauert bildirib ki, Türkiyəyə fövqəladə vəziyyət şəraitində azad, ədalətli və şəffaf seçkilər keçirmək çətin olacaq.

Türkiyə XİN ABŞ-ın tənqidinə cavab verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Etimad Əsədov vəfat etdi
    E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.
     16.10.2018
    Planetin ən soyuq nöqtəsində yemək bişirsək nə olar? - FOTOLAR
    Sipriyen Verse Antarktidadakı “Concordia” stansiyasında işləyən alimdir.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ