Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.12.2021 15:36:07

Suriya böhranının həlli üçün qurulan Astana danışıqlarının qarantı olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Nur Sultanda 17-ci dəfə bir araya gəlib.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, görüşlərdə Türkiyəni Xarici İşlər Nazirliyinin Suriya üzrə baş direktoru səfir Selçuk Ünalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Görüşdə Rusiyanı nümayəndə heyəti Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İranı xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriyanı rejimin xarici işlər nazirinin müavini Ayman Susan və hərbi müxalifəti isə Əhməd Tumanın başçılığındakı nümayəndə heyəti təmsil edir.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin müavini Kavla Mattarın da iştirak etdiyi danışıqlarda İraq, İordaniya və Livan “müşahidəçi” statusu ilə iştirak edir.

Danışıqlar çərçivəsində Türkiyə nümayəndə heyəti əvvəlcə BMT-nin Suriya üzrə xüsusi nümayəndə heyəti ilə görüşüb.

İki gün davam edəcək görüşlərdə Suriyadakı mövcud vəziyyət, humanitar yardımların çatdırılması, Suriya Konstitusiya Komitəsinin Cenevrədəki işinin bərpası, əsirlərin mübadiləsi, girovların azad edilməsi və itkin düşmüş şəxslərin axtarışı kimi etimadın möhkəmləndirilməsi tədbirləri əsas gündəm maddələri olacaq.

Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Lavrentyev görüşdən əvvəl mətbuata verdiyi açıqlamada ilk növbədə, ərazidəki vəziyyət və atəşkəsin təmin edilməsinə diqqət yetirəcəklərini bildirib.

Lavrentyev son vaxtlar Suriyada DEAŞ və digər terror qruplaşmalarının aktiv olmayan hücrələrinin yenidən fəallaşmağa başladığını bildirib:

"Həm Türkiyə, həm də iranlı tərəfdaşlarımızla görüşlərimizdə bu məsələyə üstünlük verəcəyik”. 

Lavrentyev qaçqın problemi, məhbusların azad edilməsi, humanitar böhran kimi məsələlərin öhdəsindən gəlmək üçün Suriyada siyasi prosesin irəlilədilməsinin vacibliyinə diqqət çəkib.

"Suriya Konstitusiya Komitəsinin işi də danışıqların ən mühüm gündəm bəndlərindən biri olacaq. Bu mövzuda Suriya nümayəndə heyəti (rejim) ilə məhsuldar görüş keçirdik" deyə Lavrentyev vurğulayıb.

Suriya ilə bağlı Astana danışıqları 2017-ci ildə Türkiyə, Rusiya və İranın qarantı altında Suriya böhranının həllinə nail olmaq üçün başlayıb.


Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Nur Sultanda bir araya gəlib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ