1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:30.04.2019 01:03:05

2008-ci ildə AKP lehinə verdiyi kritik səslə qapadılmaqdan xilas edən Haşim Kılıç, "Əxlaq və mənəviyyat deyərək hakimiyyətə gələn bu dostlar nə əxlaq, nə də hüquq qoydular", - deyib.

2008-ci ildə AKP lehinə verdiyi kritik səslə qapadılmaqdan xilas edən Haşim Kılıç, "Əxlaq və mənəviyyat deyərək hakimiyyətə gələn bu dostlar nə əxlaq, nə də hüquq qoydular", - deyib.

İslamazeri.com xəbər verir ki, Türkiyə iqtidarının müəllimi kimi tanınan ilahiyyatçı Xeyrəddin Qaraman ötən günlərdə "Əlinə pul keçən dindarlar, israfda dinsizləri keçdi" təsbitindən sonra ötən günlərdə də Türkiyə Konstitusiya Məhkəməsinin keçmiş sədri Haşim Kılıç, "Əxlaq və mənəviyyat deyərək hakimiyyətə gələn bu dostlar nə əxlaq, nə də hüquq qoydular", - deyərək hakimiyyətə sərt iradlar səsləndirib.

"Rəqabət Dərnəyi" tərəfindən təşkil olunan "Ədalətli Rəqabətə Təkan" mükafat mərasimində danışan Haşim Kılıç, AKP iqtidarının ölkənin hüquq sisteminə ağır zərər verdiyini qeyd edib. Dövlət Tender Qanununun qüvvəyə minməsindən bu yana 186 dəfə dəyişdirilməsini tənqid edən Kılıç bir qanunun bu qədər tez-tez dəyişdirilməsinə məna verə bilmədiyini söyləyib.

"Ölkənin hüquq sisteminə ağır zərbə vurulub"

Konstitusiya Məhkəməsinin keçmiş sədri Kılıç məsələ ilə bağlı bu qiymətləndirmələri edib:

"Pozitiv hüquqi normanı ləğv edirsiniz, digər tərəfdən, əxlaqi tərəfi tərk edirsiniz. Təəssüf ki, əvvəl "əxlaq və mənəviyyat deyə hakimiyyətə gələn bu dostlarımız, nə pozitiv hüquq normaları qoydular, nə də əxlaq qoydular. Buna görə də nə rəqabət, nə başqa bir şeydən söhbət gedə bilməz. Biz bu əxlaqı, daha doğrusu insanların subyektiv sahəsinə həvalə edilən işləri sıfıra endirmədiyimiz müddət ərzində, bu ölkədə rahat ola bilməyəcəyik".


Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədrindən AKP iqtidarına ağır ittihamlar: “Nə əxlaq, nə də hüquq qoydunuz”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan hökuməti qaz və işıq pulu üçün vətəndaşlara 4 aylıq güzəşt edəcək
    Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.
     06.08.2020
    Türkiyə vətəndaşları üçün Azərbaycan viza tələb etməyəcək, 3 ay qala bilərlər
    Azərbayan Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə Respublikası vətəndaşlarının diqqətinə məlumat yayıb.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ