1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.10.2019 19:03:48

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu "Barış Pınarı" Hərəkatı"nda Türkiyə ordusunun kimyəvi silah işlətdiyinə dair iddiaları təkzib edib.

İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu "Barış Pınarı" Hərəkatı"nda Türkiyə ordusunun kimyəvi silah işlətdiyinə dair iddiaları təkzib edib.

"Tariximizdə heç zaman kimyəvi silah istifadə etməmişik, - TRT Forumunda danışan nazir Çavuşoğlu söyləyib. - Bizim kimyəvi silahımız yoxdur".

İttihamları "qeyri-real" adlandıran Çavuşoğlu, bu ittihamların "q

Çavuşoğlu qeyd edib ki, YPG qüvvələrinin "təhlükəsizlik zonasından" çıxmaq möhlətinin bitməsinə 35 saat vaxt qalıb.

Onun sözlərinə görə, bu qüvvələr 35 saat ərzində tamamilə təhlükəsizlik zonasını tərk etməsə Türkiyə əməliyyatını bərpa edəcək.

"Uzun sürən danışıqlar nəticəsində 13 maddədən ibarət razılığa gəldik. ABŞ qanuni təhlükəsizlik narahatlığımızı və əməliyyatımızın məqsədlərini tanıdı və təhlükəsiz zonası Türk ordusu tərəfindən idarə olunacaq", - Türkiyə Xarici İşlər naziri deyib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı sanksiyalar qaldırılacaq.

Amnesty International təşkilatı Türkiyənin hərbi əməliyyatı zamanı hərbi cinayətlərin törədilməsinə dair "ifşaedici sübutlar" topladığını bildirib və BMT Türkiyəni bu ittihamları araşdırmağa çağırıb.

Təsdiq olunmamış məlumatlarda iddia edildiyinə görə, Türkiyəyə müttəfiq qüvvələr Suriyada ağır yanıqlar doğuran kimyəvi silah olan ağ fosfor işlədiblər.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (OPCW) bu iddialar barədə xəbərdar oluğunu və onları araşdırdığını bildirib.

arayaxma kampaniyası" olduğunu deyib.


Türkiyə "kimyəvi silah" ittihamına cavab verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ