EURO 1,9479 NEFT 79,68
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.01.2018 17:00:09

Türkiyə Ermənistan və Gürcüstanla sərhəddə divar inşa etməyəcək, bununla belə, həmin ölkələrlə olan sərhədləri elektron nəzarət sistemləri ilə təchiz edəcək.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Türkiyənin “Anadolu” informasiya agentliyinə verdiyi müsahibədə bildirib.

“Hesab edirəm ki, yaxın iki ay ərzində müvafiq addımlar atılacaq. Hələlik söhbət modul divarın inşasından yox, sadəcə, elektron təhlükəsizlik sisteminin qurulmasından gedir”, – deyə nazir bildirib. Soylu Türkiyə-İran sərhədində modul divarın inşası üzrə nəzərdə tutulan işlərin yarısının tamamlandığını əlavə edib.

Türkiyəli nazir əmin edib ki, Türkiyənin Ağrı və Iğdır vilayətlərinin əraziləri boyunca uzanan sərhəddə qurulan üç metr hündürlükdə və 144 kilometr uzunluqda olan divar müstəsna olaraq terrora qarşı mübarizə, qaçaqmalçılıq və qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.


Türkiyə Ermənistanla sərhəddə divar çəkməyəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - Tələbələr danışdı
    Gənclərimiz yaxşı təhsilə nə dərəcədə önəm verir və yaxşı təhsili niyə xaricdə görür? Bunu onların özlərindən soruşduq.
     19.10.2018
    Rafael Ağayev: “Anam nişan üzüyünü satıb, məni yarışa göndərdi” - VİDEO
    Dünyaşöhrətli idmançı Rafael Ağayev CBC Sport kanalının qonağı olub.
     19.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ