EURO 1,8352 TRY 0,2784
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.02.2020 21:53:04

"Azərbaycan xalqına təşəkkür edirik. Onlar sabahına sahib çıxaraq istədikləri namizədə səs verdilər".

APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

 

O, seçkilərdə qalib gələn namizədləri təbrik edib: "Qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm. Siyahıda çoxlu sayda gəncin olması bizi sevindirir. Qafqazın parıldayan ulduzu Azərbaycanın daha da güclü olmasını diləyirəm".

TBMM-in üzvü Orhan Erdem bildirib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıtda müşahidələr aparıblar, bir gün əvvəl isə Qubada seçkiyə hazırlıq prosesini izləyiblər: "Seçkilərin çox sakit və rahat şəkildə keçdiyinin şahidi olduq. Əsas diqqətimi çəkən seçki məntəqələrində heç bir polis və hərbi formada olan insanların olmaması idi. Bu, özü də insanların rahatlıqla səs verdiyini göstərirdi. Qısa müddətdə Azərbaycanda demokratiyanın bu qədər yüksək səviyyədə olması bizi sevindirir. Seçkilərin Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm".

TBMM-in üzvü Yunus Kılıç bildirib ki, 1300-dən çox namizədin, 19 partiyanın iştirakçı olması seçkinin obyektiv və rəqabətli keçməyini göstərir: “Seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə, seçicilərin istənilən kabinədə səs verə bilməsi və ümumilikdə təşkilatçılıq yüksək səviyyədə idi: "Azərbaycan seçkini izləmək üçün çoxlu sayda beynəlxalq müşahidəçi dəvət edib. Bu, özü Azərbaycanın açıq və şəffaf olduğunu göstərir. Məntəqələrdə hər kəs seçki prosesini rahat şəkildə müşahidə edə bilirdi".

O deyib ki, namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıtması demokratiyanın göstəricidir: "Seçkinin Azərbaycana və bölgəyə uğurlu olmasını diləyirəm".

TBMM-in üzvü İbrahim Aydemir isə Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu qeyd edib: "Burada proseslərin normal keçməsi bizi sevindirir. Biz burada Azərbaycanın iftixar duya biləcəyi şəraitin şahidi olduq. Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar".

TBMM-in üzvü Uğur Bayraktutan seçki məntəqələrində kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini, polislərin məntəqələrdə olmamasını çox yüksək dəyərləndirdiyini qeyd edib: "Mənə ən çox təsir edən seçki qutularının yanında Azərbaycan bayraqlarının olması idi. Bundan çox təsirləndim, Türkiyəyə geri dönəndə Türkiyədə də seçki zamanı bayraqların qutunun yanına qoyulmasını təklif edəcəm. Bütün Azərbaycan xalqına, namizədlərə təşəkkür edirəm və Azərbaycanın gələcəyinin aydınlıq olmasını diləyirəm".


Türkiyə Böyük Millət Məclisinin Müşahidə Missiyası seçki haqda

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda Parlament və Xobreqan məclisinə seçkilər keçirilir
    İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə ilk ara seçkiləri Tehran vaxtı ilə bu gün səhər saat 8-də başlayıb
     21.02.2020
    İraq İrana uçuşları dayandırdı - SƏBƏB
    Rəsmi Bağdad İrana kornonavirus səbəbilə bütün uçuşları dayandırıb
     21.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ