EURO 1,9143 TRY 0,294
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:29.09.2018 10:57:34

Türkiyədə hərbi gəmilər hazırlayan "Dearsan" gəmiqayırma zavodu Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə birlikdə 4 növ hərbi gəmi inşa etməyi planlaşdırır.

Türkiyədə hərbi gəmilər hazırlayan "Dearsan" gəmiqayırma zavodu Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə birlikdə 4 növ hərbi gəmi inşa etməyi planlaşdırır.

Bu barədə özəl olaraq Trend-ə açıqlamasında "Dearsan" gəmiqayırma zavodunun dəniz layihələri üzrə meneceri Sərvət Bilgin deyib.

S.Bilginin sözlərinə görə, bununla əlaqədar Azərbaycan hökuməti ilə danışıqlar aparılıb və 4 layihə təqdim edilib:

"Layihələr Azərbaycan tərəfinə təqdim edilib. Bundan başqa, məsələ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə müzakirə edilib. Əgər razılıq əldə edilərsə, biz elə Azərbaycanda həmin gəmilərin birgə tikintisinə başlayacağıq. Bu prosesdə həm də azərbaycanlı mütəxəssislər çalışacaq. Azərbaycanlı mütəxəssislər bu prosesdən sonra özləri müstəqil hərbi gəmi də istehsal edə bilər".

O bildirib ki, tikiləcək gəmilər Xəzər dənizinin coğrafi xüsusiyyətləri və region ölkələrinin qüvvələr balansı nəzərə alınmaqla hazırlanıb:

"Biz artıq bu layihəni Azərbaycan Müdafiə Nazirliyinə də təqdim etmişik. Eyni zamanda, Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq təklifi ilə çıxış etmişik. Bütün gəmilərin Azərbaycanda tikilməsi planlaşdırılır".

Menecer əlavə edib ki, təmsil etdiyi şirkət artıq 3 ildir Azərbaycanla əməkdaşlıq edir.

Qeyd edək ki, 25-27 sentyabr tarixlərində Bakıda "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində "Dearsan" müəssisəsinin məhsulları da nümayiş olunub.

İslamazeri.com


Türkiyə Azərbaycanla birlikdə hərbi gəmilər istehsal etməyi planlaşdırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İrandan ABŞ-a mesaj: Gəmiləri raketlərlə vura bilərik!
    İranlı general məsələ ilə bağlı danışıb.
     20.06.2019
    DİN və DTX başçıları vəzifələrindən azad edildilər - PREZİDENTDƏN SƏRƏNCAM
    Müvafiq sərəncam prezident tərəfindən verilib.
     20.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ