1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.11.2017 15:58:32

Türkiyə Baş naziri ABŞ-ın yütürdüyü siyasətdən danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Yaxın Şərqdəki siyasəti regionda sülhün və sabitliyin təmin edilməsinə səbəb olmur. Bu bəyanatla Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edib.

Qeyd edək ki, ABŞ Suriyadakı kürd silahlılarına hərbi dəstək verir. Türkiyə isə onları PKK terror təşkilatı ilə əlaqəli bilir. Bu da rəsmi Vaşinqton və rəsmi Ankara arasındakı münasibətlərdə gərginliyə səbəb olur.

“Bütün bu marksist-leninist təmayüllü kürd dəstələri Türkiyənin milli təhlükəsizliyi üçün birbaşa təhdiddir. Lakin ABŞ İŞİD terrorçuları ilə mübarizə üçün məhz onlarla əməkdaşlıq edir. Düşünmürəm ki, rəsmi Vaşinqtonun hazırkı siyasəti regionda sülh və sabitliyin bərqərar edilməsinə səbəb olur.”, - deyə o bildirib.

O, həmçinin ABŞ-ın İrana qarşı siyasətini də tənqid edib.

“Donald Trampın rəhbərliyi altındakı ABŞ-ın yeni administrasiyası nüvə proqramına dair sazişi ləğv etməyə cəhd edərək, İranla qarşı-durmaya meyl edir. Düşünmürəm ki, rəsmi Vaşinqton hüquqi nöqteyi nəzərdən buna nail ola biləcək, çünki söhbət çoxtərəfli sazişdən gedir.”, - deyə Yıldırım qeyd edib.

O əlavə edib ki, Avropa ölkələri Trampın İran mövqeyi ilə həkfikir deyil.


Türkiyə ABŞ-ın Suriya və İran siyasətlərini tənqid etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ