1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.06.2020 12:22:50

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu haqda bildirib

 İslamazeri.com TRT-yə istinadən xəbər verir ki,  Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 10 iyundan başlayaraq mərhələli olaraq 40 ölkəyə təyyarə səfərlərini başlamağı planlaşdıqlarını açıqlayıb.

  İ.Karaismailoğlu verdiyi yazılı şərhdə bildirib: “Yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizəni dünyanın digər ölkələrilə müqayisə etdiyimiz zaman Türkiyənin bu müddəti müvəffəqiyyətlə sovuşdurduğunu görürük və buna görə "yeni normallaşma" çərçivəsində addımlarımızı atmağa davam edirik.

  1 iyundan daxili xətt uçuşları başlanıb. Xarici xətt uçuşları ilə bağlı 92 ölkə ilə danışıqlar aparılır.

  Xarici xətt uçuşlarının qarşılıqlı açılmasıyla əlaqədar ilkin mərhələdə 15 ölkəylə razılığa gəlinib.

   10 iyundan etibarən mərhələli olaraq xarici xətt uçuşları belədir:

  • 10 iyundan Qıbrız - Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər, Yunanıstan;
  • 15 iyundan Almaniya, Avstriya, Azərbaycan, Çexiya, Xorvatiya, Honq Konq, İsveçrə, Yaponiya, Şimali Makedoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Sinqapur, Slovenya, Tacikistan;
  • 20 iyundan Hollandiya, Qazaxıstan;
  • 22 iyundan Albaniya, Bosniya Herseqovina, Danimarka, Estoniya, Finlandiya, Cənubi Koreya, İrlandiya, Çernoqoriya, Qırğızıstan, Latviya, Lüksemburq, Norveç, Slovakiya;
  • 25 iyundan Belçika”.

Türkiyə 40 ölkə ilə uçuşlara başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ