1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.06.2017 17:25:58

Türkiyə əsgərləri Qətərə çatıb.

İslamazeri.com-un "Al Jazeera"-ya istinadən bildirdiyinə görə Türkiyə ilə Qətər arasında keçirilməsi planlaşdırılan hərbi təlim çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid birliklər dünən gecə Qətərə çatıb.

Digər tərəfdən, Qətər Müdafiə Nazirliyi də təlimə qatılmaq üçün ilk türk hərbi qrupunun paytaxt Dohaya gəldiyini açıqlayıb.

Nazirlik bazar günü Tariq bin Ziyad hərbi bazasında ilk təlimlərini keçirdiklərini bildirib.

Qətər Müdafiə Nazirliyi birləşmiş hərbi təlimdə iştirak etmək üçün bir qrup türk əsgərinin paytaxt Dohaya gəldiyini açıqlayıb. Nazirlik bazar günü Tariq bin Ziyad hərbi bazasında ilk təlimlərini keçirdiklərini bildirib. Xeyli vaxtdır planlaşdırılan təlimlər hər iki tərəfin müdafiə qabiliyyətlərini gücləndirməyi və silahlı qruplarla mübarizə səylərini artırmağı və regionda sabitliyi davam etdirməyi hədəfləyən qarşılıqlı müqavilənin bir hissəsidir.

Təlimlər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Misir liderliyində xeyli ərəb ölkəsi Qətərlə keçən həftə əlaqələri qopararaq "terrorçuluq" və İranı dəstəkləməklə günahlandırdığı bir proseslə eyni vaxtda olub.


Türk ordusu Qətərdə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ