Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.10.2021 15:03:51

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləməkdə davam edir.

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin aşağı salınması haqqında qərarından sonra Türkiyə lirəsi ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləməkdə davam edir.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, cümə günü səhər lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 9,64-ə çatıb, Bakı vaxtı ilə saat 13.30-da isə 9,60 səviyyəsində möhkəmlənib.

Qeyd eədk ki, lirənin məzənnəsinin rekord səviyyədə düşməsi fonunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 18%-dən 16%-ə endirib ki, nəticədə lirənin ucuzlaşması sürətlənib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Mərkəzi Bankın 3 yüksək vəzifəli məmuru, o cümlədən bank sədrinin 2 müavini – Semih Tümən və Uğur Namık Küçükün işdən azad edilməsi haqqında xəbərlər fonunda oktyabrın 14-də Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə 9,18 səviyyəsinə düşüb.

Həmin 3 məmurun uçot dərəcəsinin aşağı salınmasının əleyhinə səs verdiyi bildirilir.


Türk lirəsinin məzənnəsi yenidən aşağı düşüb - REKORD SƏVİYYƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ