EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.08.2018 20:10:14

Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" Azərbaycan sərnişinləri üçün “Stopover” xidmətini istifadəyə verib.

Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" Azərbaycan sərnişinləri üçün “Stopover” xidmətini istifadəyə verib. İslamazeri.com xəbər verir ki, “Stopover” sərnişinlərə hoteldə ödənişsiz yerləşdirilmə və İstanbulun nadir gözəllikləri ilə tanış olmaq fürsətini təklif edir. Sözügedən xidmət Azərbaycandan Amerikaya (ABŞ, Kanada, Kolumbiya, Venesuela, Panama, Kuba, Argentina və Braziliya), Asiyaya və Uzaq Şərqə, Afrikaya, Rusiyaya, Ukraynaya, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və İsrailə səyahət edən və gözləmə vaxtı 20 saatdan çox təşkil edən tranzit sərnişinlərinə yaşayış haqqında çek əsasında İstanbulda dayanmaq imkanı verəcək. Biletin rezervasiyası başa çatdıqdan sonra aviaşirkət tərəfindən təqdim olunan çek ekonom-sinif sərnişinlərinə bir gecə 4-ulduzlu hoteldə, biznes-sinif sərnişinlərə isə iki gecə Taksim və Sultanahmet rayonlarında yerləşən 5-ulduzlu hoteldə gecələmək hüququ verir.

Pulsuz yerləşdirilmə yalnız iki tərəfli biletlərə aiddir. Xidmətdən yalnız bir dəfə istifadə etmək olar: Azərbaycandan və ya geriyə uçuş zamanı. Qeyd edək ki, aviaşirkət hava limanından hotelə və geriyə transfer, həmçinin, şəhər daxilində səyahət ilə bağlı xərcləri ödəmir. Bununla yanaşı, “Stopover” 24 saatdan çox təşkil edərsə, sərnişin İstanbula gəldikdən sonra öz yükünü hava limanından götürməlidir.

“Stopover” xidmətdən istifadə etmək üçün sərnişin uçuşdan ən azı 48 saat öncə “Azerbijan Stopover Information Form” formasını doldurub, [email protected] elektron ünvanına göndərməlidir. Məktub mövzusunda hava limanının adı qeyd olunmalıdır. Aviaşirkət məktubu alıb, sərnişinə yaşayış haqqında çek göndərəcək ki, bu çek hoteldə qeydiyyat zamanı təqdim edilməlidir.


“Türk Hava Yolları”ndan Azərbaycan sərnişinləri üçün “Stopover” xidməti çərçivəsində ödənişsiz hotel

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: İran təzyiq və sanksiya ilə siyasətini dəyişdirmir
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika rəhbərliyini başqa ölkələrə qarşı hörmətli davranmağa dəvət edib.
     14.08.2018
    Suriyalı kürd heyətin Dəməşqə ikinci səfəri
    Suriyalı kürdlərin nümayəndə heyəti paytaxt Dəməşqə keçirdiyi ilk səfərdən iki həftə sonra ikinci heyət Şama gələrək Suriya rəhbərliyi rəsmiləri ilə görüşüb.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ