Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.05.2022 18:11:11

Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası yaradılıb.

Ombudsman Aparatından "İslamazeri.com"a verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak etmək məqsədilə Türkiyəyə rəsmi səfərə gedib.

Anlaşma Memorandumu 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Bursa şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Respublikasının ombudsmanları və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən imzalanıb.

Qeyd olunub ki, Türkdilli ölkələrin ombudsman və milli insan hüquqları institutları arasında aparılmış müzakirələrdən sonra yaradılan bu birlik, eyni zamanda regionda sülhün və əmin-amanlığın qorunmasında da mühüm rol oynayacaq. Səbinə Əliyeva sözügedən Assosiasiyanın fəaliyyəti çərçivəsində Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsini digər üzv qurumlarla bölüşməyə hazır olduğunu və bu istiqamətdə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin faydalı olacağını bildirib.


Türk Dövlətlərinin Ombudsmanlar Assosiasiyası yaradılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın Baş naziri Estoniya parlamentinin sədri ilə görüşüb
    Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
     23.05.2022
    Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib
    Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ