1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.05.2019 00:18:43

CHP-yə dəstək verən Abdulla Gül və Əhməd Davudoğluya subliminal mesaj olduğundan, ilk dəfə bu serialdakı fikirlərə Əhməd Davudoğlu cavab verib.

İslamazeri.com xəbər verir ki, Türkiyənin dövlət televiziyası olan TRT1-də yayımlanan "Payitaht Abdulhamit" serialında bir süjetdə deyilənlər, Abdulla Gül və Əhməd Davudoğlu haqqında subliminal mesaj olduğu Türkiyə KİV-nin gündəmində müzakirələrə çıxarılıb.

Belə ki, serialda Abdulhamit "Gül ağacına su verərik, lakin sudan həm gül, həm də dikan yararlanar. Yanımızda ətrafımızda su verdiklərimiz dikan olmağa meyl etmişlərsə, sonunda mütləq budayarıq.", -deyə bildirir.

Bu açıqlamaların CHP-yə dəstək verən Abdulla Gül və Əhməd Davudoğluya subliminal mesaj olduğundan, ilk dəfə bu serialdakı fikirlərə Əhməd Davudoğlu cavab verib.

"Mənə əslində çox da təsir etmədi, amma dünən və bu gün bir çox həmerlimiz və dostumuzdan aldığım mesaja görə açıqlıq vermək istəyirik. Bu günlərdə 2-3 gündür "Payitaht Abdulhamit" dizisindəki bir fraqment dolaşmaqdadır. Bu fraqmentdə üstüörtülü, əgər açıq danışsaq keçmişdə bir qrup xain çevrələrin etdiyi şəkildə subliminal mesajlar verildiyi iddia olunur. Sabiq millət vəkillərinə, keçmiş dövlət rəsmilərinə qarşı Sultan Abdulhəmidin ağzından çıxması mümkün olmayan bir neçə ifadələrlə günlük siyasətə göndərmə həyata keçirilir. Bunu heç vaxt ciddiyə almadım. Bu şəkildə mesajların da dövlət əxlaqı baxımından da doğru olmadığına inanıram. Ancaq o qədər çox mesaj gəldi ki, üzüldüyünü ifadə edən, bir dostumuzun ağladığına şahid oldum. "Necə olur da sizə qarşı belə bir mesajlar verirlər". Əgər Sutan Abdulhəmidin mirasına sahib çıxacaq biri varsa, ən çox biz sabib çıxarıq.",  -deyə Davudoğlu Konyalı işadamlarının iftar mərasimində bildirib.

Davudoğlu daga sonra "Bu gün belə bir subliminal mesaj verənlər, bizim bu mirasa necə sahib çıxdığımızı görmək istəyirlərsə, Abdulhəmidin yetimi Fələstinin Qəzza küçələrinə getsinlər. Orada hər bir qəzzalının, hər bir fələstinlinin İsrail bombaları bizim üstümüzə yağarkən sizin Xarici İşlər naziriniz, o vaxt XİN rəhbəriydim, həyat yoldaşı ilə birlikdə o bombaların altında bizə sarılırdılar, deyəcəklərini görəcəklər.", - əlavə edib.

Davudoğlu İstanbul seçkilərinin ləğvinə də üstüörtülü cavab verib: "Biz heç kimsəyə ədalətsizlik etmərik, amma kim tərəfindən və kimə ədalətsizlik edilərsə də, ona da razılıq etmərik. Biz heç kəsin qarşısında əyilməzik, başımız kiminsə önündə əyilən deyil."

Xəyanət fikirlərinə isə Davudoğlu yenə üstüörtülü cavab verərək "Allah, Sultan Abdulhəmid Xanın da, bütün əcdadın da mirasına sahib çıxmağı bizə nəsib etsin. Gün gələcək hesab günü dəftərlər açıldığında kimin o mirasa sahib çıxdığı görüləcək. Kimin o mirasa xəyanət etdiyi üzə çıxar. Sədaqətimiz hər şeydən öncə Rəbbimizə, əziz ölkəmizə, nəcib millətimizə və kökünü qədir mədəniyyətimizdən aldığımız dəyərlərimizdədir. Ö mədəniyyətdən sapmayaraq toplumumuzun harasında olmasından asılı olmayaraq, dəstək verəcəyimizə əminəm.", -deyə bildirib.

Abdulla Gül məsələyə hələ ki, münasibət bildirməyib.


TRT-nin serialında Davudoğlu və Gülə tikanlı mesaj və İLK CAVAB -VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ