1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.10.2019 16:00:01

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani ilə əlaqəsi olan iki biznesmen həbs edilib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani ilə əlaqəsi olan iki biznesmen həbs edilib. Onlar Trampın seçkiqabağı kampaniyası zamanı maliyyə qanunlarını pozmaqda ittiham edilir.

Dünən axşam Vyanaya yola düşməzdən əvvəl həbs edilən Lev Parnas və İqor Fruman cümə axşamı günü məhkəmə qarşısına çıxarılmalıdır.

Bu haqda Wall Street Journal onlara yaxın mənbələrə əsasən məlumat yayıb.

Bildirilib ki, Fruman və Parnas federal və ştat səviyyələrində dövlət vəzifələrinə namizədlərin dəstəklənməsi üçün xarici mənbələrdən pul alıb.

Ukraynalı biznesmen Parnas və belaruslu daşınmaz əmlak investoru Fruman Culianiyə Ukraynanın siyasi dairələrinə çıxmağa yardım edib.

Seçkiqabağı kampaniyaların maliyyələşdirilməsini araşdıran Campaign Legal Center şirkəti 2018-ci ilin iyul ayında bu iki şəxslə bağlı Federal Seçki Komissiyasına şikayət ünvalanmışdı. Məqsəd 325 min dollarlıq maliyyə yardımının mənbəyinin aşkarlanması idi.


Trampın vəkili Rudolf Culiani ilə əlaqəsi olan iki biznesmen həbs edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa qarşı  vaksinlər: Azərbaycana nə qədər doza gətirildi, ilk kimə tətbiq olunacaq?
    Azərbaycanda Çin istehsalı olan Sinovac vaksinindən istifadə ediləcək.
     16.01.2021
    Azərbaycanda restoran, kafe və çay evləri bu tarixdən fəaliyyətə başlayır
    Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilir.
     16.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ