EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.11.2019 10:52:05

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələri davam etdirir.

islamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələri davam etdirir. Keçən həftə başlayan açıq dinləmələrdə administrasiyanın keçmiş və hazırkı rəsmiləri və müşavirlər ifadə verir.

Vitse-prezident Mayk Pensin müşaviri Cennifer Vilyams və Milli Təhlükəsizlik Şurasında Ukrayna üzrə ekspert, polkovnik-leytenant Aleksandr Vindman bu gün səhər, ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker və Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Tim Morrison isə günün ikinci yarısı Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində qanunvericilərin suallarını cavablandıracaq.

ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondland, Pentaqon rəsmisi Lora Kuper və Dövlət katibinin yardımçısı Deyvid Heyl çərşənbə günü, Ağ Evin keçmiş müşaviri Fiona Hill və Dövlət Departamentinin rəsmisi Deyvid Holms isə açıq dinləmələrin bu həftə sonuncu günü olan cümə axşamı ifadə verəcək. 

Doqquz şahidin hamısı Trampın Ukraynaya siyasi rəqibi, keçmiş vitse-prezident Co Bayden və onun Ukraynanın enerji şirkəti `Burizma`nın direktorlar şurasının üzvü olmuş oğlu Hanter Baydenlə bağlı təhqiqat aparmaq üçün Ukraynaya təzyiq göstərmək səyləri ilə bağlı qapalı dinləmələrdə ifadə verib. Açıq dinləmələrdə ifadə vermək üçün dəvət edilmiş doqquz nəfərdən üçü iyul ayının 25-də prezident Tramp və Ukrayna prezidenti Zelenski arasında telefon danışığını dinləyib.

ABŞ-ın milli təhlükəsilik məsələləri üzrə iki eksperti impiçment araşdırması ilə bağlı açıq dinləmələrdə prezident Trampın iyulun 25-də telefon söhbəti zamanı özünün siyasi baxımdan faydalanması üçün Ukrayna prezidenti Zelenskiyə təzyiq göstərməsindən narahat olduqlarını bildiriblər.

 Milli Təhlükəsizlik Şurasında Ukrayna üzrə ekspert, polkovnik-leytenant Aleksandr Vindman Trampın Zelenskidən 2020-ci ildə prezident seçkilərində namizədliyini irəi sürmüş demokrat rəqibi, keçmiş vitse-prezident Co Bayden və onun biznesmen oğlu Hanter Baydenlə bağlı təhqiqat aparmaq üçün “xidmət” göstərməsini istədiyini dinləyib.

“Eşitdiklərim yersiz və uyğunsuz idi” - deyə, hərbi veteran olan Vindman Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində qanunvericilərə bildirib.

Vindman Trampın Baydenlə bağlı siyasi təhqiqat aparılmasını istəməsinin “ABŞ-ın milli təhlükəsizlik maraqları ilə heç bir aidiyyatı olmadığını” deyib.

Vindmanın sözlərinə görə, o, Trampın xahişi ilə bağlı narahatlıqlarını təhlükəsizik şurasının hüquqşünasına çatdırıb. Bundan sonra Vindmanın bildirdiyinə əsasən, o, təhlükəsizik şurasının iştirak etməyi planlaşdırdığı iclaslarından kənarlaşdırılıb.

Vitse-prezident Mayk Pensin xarici məsələlər üzrə müşaviri, Tramp və Zelenski arasında telefon söhbətini dinləmiş Cennifer Vilyams Baydenlə bağlı təhqiqata dair xahişin “daxili siyasi məsələlərə” aid olduğu üçün “qeyri-adi” olduğunu deyib.

  Demokratlar dinləmələrin ictimai rəyin impiçmentin xeyrinə formalaşacağına ümid edir. Respublikaçılar isə dinləmələrdən impiçment prosedurunun ləğv edilməsi və şahidlərin ifadələrində çatışmazlıqlara diqqət çəkilməsi üçün istifadə etməyə çalışır.

Ölkə üzrə keçirilmiş rəy sorğuları seçicilərin Trampın vəzifəsindən kənarlaşdırılıb-kənarlaşdırılmaması məsələsində kəskin fikir ayrılıqlarına malik olduğunu göstərir. Nümayəndələr Palatasının impiçment maddəsini bu ilin sonuna qədər səsə qoyacağı gözlənilir. Bu addım isə vəzifəsindən kənarlaşdırılıb-kənarlaşdırılmamasını müəyyən etmək üçün prezident Trampın Senatda məhkəməsinə yol aça bilər.


Trampın impiçment araşdırması davam edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tehranın İmam Cüməsi iğtişaşlarda günahsız ölənlərə
    Tehranın bu həftəki İmam cüməsi Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd olub
     06.12.2019
    ABŞ Hərbi Hava Bazasında atışma; Səudiyyəli kursant...
    Eskambiya mahalının polis idarəsinin məlumatında hücumçunun öldüyü bildirilib.
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ