1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.07.2019 14:39:42

ABŞ prezidenti Donald Tramp Türkiyənin F-35 alışı ilə bağlı vəziyyəti şərh edib.

İslamazeri.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Türkiyənin F-35 alışı ilə bağlı vəziyyəti şərh edib.

“Türkiyə də ABŞ-dan 100-dən çox F-35 təyyarəsi sifariş edib, nəzərə çarpacaq qədər çox, (hələ) daha çox da sifariş etməyi planlaşdırırdı”, - deyə Tramp bildirib.

TASS-ın verdiyi xəbərə əsasən, Tramp qeyd edib ki, Türkiyə “Rusiyada istehsal edilmiş raket sisteminə sahib olduğu üçün artıq onlara 100-dən çox təyyarə almaq qadağandır”.

Onun sözlərinə görə, “prezident Ərdoğanla yaxşı münasibətləri var”: “Ərdoğan “Patriot” raketlərini almaq istəsə də, ABŞ satmaqdan imtina etmişdi”.

“Türkiyə daha sonra digər ölkə ilə, Rusiya ilə, saziş bağlayaraq onun sistemlərini aldı. Onlar həmin sistemləri heç istəmirdilər belə. Bundan sonra isə biz anidən deməyə başladıq ki, artıq “Patriot”ları satacağıq. Lakin Türkiyənin Rusiya raketi aldığı faktının mövcudluğuna görə, artıq onlara milyardlarla dollarlıq təyyarə tədarük etmək üçün icazəmiz yoxdur. Bu, ədalətsiz situasiyadır”, - deyə o əlavə edib.

Daha öncə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirmişdi ki, S-400-lər NATO, xüsusilə də F-35 təyyarələri üçün təhlükə mənbəyi deyil.

Qeyd edək ki, Rusiya 12 İyuldan etibarən S-400-ləri Türkiyəyə tədarük etməyə başlayıb.


Tramp: Türkiyəyə F-35 satılmayacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ