EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.06.2019 10:04:26

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Florida ştatında rəsmi olaraq seçki kampaniyasını elan edəcək.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü Florida ştatında rəsmi olaraq seçki kampaniyasını elan edəcək.

Tramp ümid edir ki, seçicilər gələn il güclü ABŞ iqtisadiyyatına görə ona səs verəcək. Lakin 2020-ci il seçkiləri ilə bağlı keçirilən rəy sorğuları Trampın seçicilərin böyük hissəsi arasında populyar olmadığını göstərir, bu isə prezident üçün təhlükəyə işarə edir.

Donald Tramp bu yaxınlarda Pensilvaniya ştatında seçki mitinqi keçirib. Pensilvaniya 2020-ci il seçkisinin nəticəsinə təsir göstərəcək əsas ştatlardandır. Prezident Tramp 2016-cı ildə bu ştatda qalib gəlib. 

Tramp gələn il seçkilərdə qələbəsinə gətirib çıxaracaq əsas üstünlüyü olaraq ABŞ-ın güclü iqtisadiyyatını görür.

“Siyasət dəli bir dünyadır. Amma tarixin ən yüksək məşğuliyyət göstəricilərini, ən aşağı işsizlik səviyyəsini, ən yaxşı iqtisadiyyatını əldə etdiyim üçün bu seçkidə məğlub ola biləcəyimi düşünmürəm”, Tramp söyləyib.

Trampın kampaniyasının yeni reklam çarxında seçicilərə onun nailiyyətləri xatırladılır.

Tramp seçki kampaniyasını rəsmi olaraq çərşənbə axşamı Floridada elan edir və belə görünür o, çox sayda demokrat namizədlərdən hər birinə qarşı mübarizə aparmağa həvəslidir.

Hazırda demokrat namizədlər arasında sabiq vitse-prezident Co Bayden öndədir. O, diqqətini Trampı kəskin şəkildə tənqid etməyə yönəldib.

“Fikrimcə o, bizim təməl dəyərlərimizə hədədir. Donald Trampın dörd illik hakimiyyəti Amerika tarixində doğru yoldan uzaqlaşma kimi yadda qalacaq. Səkkiz il isə bizim xalq olaraq kimliyimizi və dünya tərəfindən necə görüldüyümüzü əsaslı şəkildə dəyişəcək”, demokrat namizəd Co Bayden bildirib.

Bu yaxınlarda dövlət və ştat səviyyəsində aparılan rəy soğruları Bayden və bir neçə digər demokrat namizədin prezident üzərində üstünlüyə sahib olduğunu göstərib. 

Tramp onun bəzi mühüm ştatlarda Bayden və digər demokratlardan böyük fəqrlə geridə olduğunu göstərən daxili sorğu nəticələrini də rədd edib.

ABC News-un şərhçisi Met Daudun sözlərinə görə, belə tez aparılan rəy soğrularının nəticələrinə etibar etmək olmaz.

“2016-cı ildə müşahidə etdiyimiz kimi, rəy sorğuları və seçki nəticələri birdən dəyişə bilər. Məncə prezidentin reallığı qəbul edib, geridə olduğunu söyləməsi doğru olardı. Amma demokratların rəy sorğuları nəticələrinin qəflətən dəyişə biləcəyini və bu nəticələrin Amerika xalqının dəqiq düşüncəsini əks etdirmədiyini anlaması çox mühümdür”, o deyib.

Güclü iqtisadiyyata rəğmən Trampın etimad reytinqi tarixi standartlara görə aşağıdır.

Larri Sabatonun sözlərinə görə, onun etimad reytinqi prezidentliyi boyunca da aşağı olub.

“Əgər biz təkcə ictimai rəy sorğularını nəzərə alsaq, heç nəyin dəyişmədiyini deyə bilərik. Donald Trampın etimad reytinqi prezidentliyi boyunca aparılan demək olar bütün rəy soğrularında 30-40 faiz arasında idi”, Sabato söyləyib.

Rəy sorğuları onu göstərir ki, Tramp siyasi elektoratını məmnun etsə də, 2020-ci ildə qalib gəlmək şanslarını artırmaq istəyirsə dəstəyini artırmağın yollarını tapmalıdır.


Tramp seçki kampaniyasına başladı; O özünü şanslı, ekspertlər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ