1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.09.2019 12:21:08

O həmçinin Boltonun istefa qərarının necə qəbul edilməsi barədə də danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun milli təhlükəsizlik üzrə eks-müşaviri Con Boltonun Şimali Koreya ilə Liviya modeli üzrə çalışmaq ideyası səhv idi.

“Conla yaxşı münasibətlərim olub. Lakin o, bəzi səhvlərə yol verdi. O, Şimali Koreya ilə Liviya kimi hərəkət etməyi təklif edirdi. Qəddafi ilə nələrin baş verdiyini nəzərə alarsaq, elə də yaxşı bəyanat deyil. Bolton çox sərt oğlan idi”, - deyə o qeyd edib.

Tramp bildirib ki, “Boltonla əlaqə qurmaq istəmədiyinə görə Kim Çen Inı qınamır”. Tramp əlavə edib ki, Şimali Koreya ilə danışıqlar dövründə Liviya yanaşmasını təklif etmək “elə də ağıllı” fikir olmadı.

O həmçinin Boltonun istefa qərarının necə qəbul edilməsi barədə də danışıb.

“O, (istefasından) bir gün qabaq gec saatlarda yanıma gəldi (və) qarşımda əyləşdi. Mən dedim: “Con, sən bu qədər insanla razılaşa bilmirsənsə və bir çoxları, o cümlədən də mən, sənin taktikanla razı deyilsə, istəyərdim ki, sən istefa verəsən”. O da bunu etdi. Ümid edirəm ki, onun işləri yaxşıdır”, - deyə bildirib.

O həmçinin deyib ki, “Boltonun Venesuela mövqeyi ilə razı deyiləm və mənə elə gəlir, o, bütün həddini aşıb”.

Xatırladaq ki, Con Bolton sözügedən vəzifəyə təyin edilməmişdən öncə demişdi ki, Şimali Koreya ilə razılaşmağın yeganə yolu Liviya modelinin istifadə edilməsidir.


Tramp qovduğu köməkçisindən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqladı
    Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb
     12.12.2019
    Çavuşoğludan sanksiya cavabı: İncirlik və Kürəcik...
    ABŞ-ın Türkiyə ilə bağlı sanksiya açıqlamasına Türkiyədən sərt cavab gəlib
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ