EURO 1,9673 NEFT 80,52
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:21.09.2017 09:22:13

Tibb texnikumunu bitirən oğlana “tibb bacısı” diplomu verilib.

Bir neçə gündür sosial şəbəkələrdə və internet saytlarında geniş müzakirəyə səbəb olan bu fakt yeni bir məsələni gündəmə gətirib.

Həqiqətənmi oğlana tibb bacısı diplomu vermək olar və ya bu, əslində belə olmalıdır?

Məsələ ilə bağlı keçirdiyimiz sorğuda oğlanların məsələyə münasibəti birmənalı olub.

Hətta sorğu zamanı gənclərdən biri bildirdi ki, o, məhz ixtisası tibbi bacısı olduğu üçün bu ixtisası sonradan başqa ixtisasla dəyişib.

Psixoloq İbrahim İbrahmov da deyir ki, oğlanlar üçün belə bir ixtisasın yazılması onların psixoloji olaraq şiddətə məruz qalmalarına səbəb ola bilər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə “Xəzər Xəbər”ə bildirdilər ki, bu ad Azərbaycanda səhiyyə qanunvericiliyinə tam uyğun olaraq həmin ixtisasa verilib. Yəni burda qeyri-qanuni və səhv olan heç nə yoxdur.

Ancaq cəmiyyətin məsələyə tam fərqli münasibəti isə göz qabağındadır. Yəqin bundan sonra aidiyyati qurumlar bu ixtisasa “tibb qardaşı” və ya “sanitar təlimatçı” kimi hansısa adı qoyacaqlar ki, həmin sahədə işləyən oğlanlar utanmadan bu sənəti sevə-sevə yaşada bilsinlər.


Tibb kollecini bitirən oğlan tələbəyə “tibb bacısı” diplomu verilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İcra Hakimiyyətinin rəsmi saytındakı gülünc mənzərə - FOTO
    Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında maraqlı mənzərə ortaya çıxıb.
     16.10.2018
    Trampın müşaviri Cənubi Qafqaza niyə gəlir? - İran versiyası
    Boltonun Qafqaz turuna çıxmasının əsas səbəblərindən biri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqəlidir.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ