1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:10.07.2020 12:01:50

Bu haqda Zakari Kek öz məqaləsində yazıb.

İslamazeri.com xəbər verir ki, İran ABŞ-ın hərbi bazaları ilə əhatəyə alınmasına baxmayaraq, dünyanın hər yerində Vaşinqtona meydan oxumağa davam edir.

Tehrana belə bir kurs yürütmək və ABŞ-ın qarşısını almağa arsenalındakı bir sıra alətlər imkan verir.

Bu haqda Zakari Kek The National Interest-də 8 iyulda dərc olunan öz məqaləsində yazıb.


İrandan başqa heç bir ölkə, bəlkə də, Şimali Koreya istisna olmaqla, soyuq müharibənin bitməsindən sonra bu cür fəal surətdə ABŞ-a meydan oxumağa can atmayıb”, - deyə o qeyd edir.
“Yaxın Şərq və Mərkəzi Asiyadan tutmuş Latın Amerikasınadək”, İran heç bir yerdə ABŞ-la qarşı-qarşıya gəlmək və ya Ağ Evin nüfuzunu azaltmaq imkan və fürsətini əldən verməyib.
Kek deyir ki, ABŞ bazaları ilə dövrəyə alınan bir şəraitdə İranın bu cür strategiyası təhlükəlidir.
Buna görə də İran ABŞ-ın qarşısını almaq üçün fərqli yollar tapmalı olur. Məsələn, bunun üçün onun potensialında bir sıra alətlər, o cümlədən də ballistik raketlər, dənizdə assimmetrik döyüş aparmaq imkanı, həmçinin qeyri-dövlət silahlı qruplarla əlaqələri var.


*Əvvəla, bu, sürətlə hərəkət qabiliyyətli “Siccil-1” qatıyanacaqlı ballistik raketləridir.

ABŞ-ın keçmiş müdafiə naziri Robert Geytsin sözlərinə görə, bu raketlər 2-2,5 min km məsafədəki hədəfi vura bilir.
Kek bildirir ki, bu raketlərin mənzilinin sayəsində təkcə İsraili yox, cənub-şərqi Avropadakı hədəfləri də vurmaq olar. Bir çoxları bu fikirdədir ki, raketləri hətta nüvə başlıqları ilə də təchiz etmək olar və zamanla, “Siccil-1” raketləri daha dəqiq “Siccil-2” əvəzləyə bilər.


*İkincisi, İranın ABŞ-ın qarşısını alma arsenalına olduqca kiçik “Qadir” sualtı qayıqları da daxildir və bu qayıqlar Hörmüz boğazı vasitəsi ilə həyata keçirilə bilən neft tədarükünü təhlükəyə ata bilər.


Kek deyir ki, İran Hörmüz boğazını bağlamaq istəsə, sualtı qayıqlarının rolu misilsiz olacaq. Həmçinin İran qayıqlar vasitəsi ilə minalama işləri apara və öz xüsusi təyinatlılarını düşmən ərazisinə çatdıra bilər.


Üçüncüsü, assimmetrik hərbi-dəniz münaqişəsinin əvəzsiz alətlərində biri də qatıyanacaqlı və hipersəs gəmi əleyhinə olan “Xəlice Fars” raketləri ola bilər.

Bu raketləri tez-tez “qırıcıdaşıyan gəmilərin” qatili adlandırırlar.
Nəhayət, Livanın “Hizbullah” hərəkatını da unutmamaq lazımdır. İraq və Yəməndə bu hərəkatın rolu olduqca böyükdür.


The National Interest: İran bu alətlərlə ABŞ-a meydan oxuyur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ