EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:02.03.2019 12:15:24

Təslim olan İŞİD üzvləri içərisində Afrikadan, Avropadan və Asiyadan çox sayda şəxs var.

İslamazeri.com "Eastnews.org"a istinadən verdiyi xəbərə görə, Suriyanın Deyr əz-Zor vilayətinin Bağuz qəsəbəsində mühasirədə olan İŞİD terrorçularının əksəriyyəti qadınlarla birgə kürd "Suriya Demokratik Qüvvələri"nə təslim olub.  

Təslim olan İŞİD üzvləri içərisində Afrikadan, Avropadan və Asiyadan çox sayda şəxs var.  

Təslimolma prosesini çəkən suriyalı jurnalist Bədir Əhməd "Eastnews"-a verdiyi açıqlamasında təslim olanlar arasında əksəriyyəti qadınlardan ibarət olmaqla, azərbaycanlı şəxslərin də olduğunu bildirib.   

Bədir Əhməd adını açıqlamaqdan çəkinən azərbaycanlı İŞİD üzvünün fotolarını çəkib. Terrorçu rus dilində ərazidəki jurnalistlərə müsahibə verib. 

Jurnalistin onun Suriyada neçə ildir olduğuna dair sualına, terrorçu "3-4 il olar", - deyə cavab verir. Jurnalist ona burada nə üçün olduğuna dair sual verdikdə isə, o, "Nə üçün? Niyə? Nəyə görə? deyil, Allahu Əkbər, bu, mənim alın yazımdır", - deyə cavab verir.  

Qeyd edək ki, dünən axşam saatlarından İŞİD-in Suriyadakı son dayaq nöqtəsi sayılan Bağuz qəsəbəsində təslim olmaqdan imtina edən terrorçularla SDQ qüvvələri arasında şiddətli döyüşlər başlayıb.


Təslim olan azərbaycanlı İŞİD terrorçusunun sonu; Alın yazımdır... VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Rusiyadan İrana
    ABŞ-lı rəsmi Rusiyaya İranla bağlı çağırış edib.
     23.05.2019
    Suriya ordusu vəhabilərin “belini qırmağa” hazırlaşır
    “Suriya ordusu çağırış mesajlı çox sayda kağız səpib”
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ