EURO 1,9383 NEFT 73,51
USD 1,7 RUB 0,0251
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:11.03.2018 10:50:35

“SpaceX” və “Tesla” kompaniyalarının yaradıcısı İlon Mask özünün Tvitter səhifəsində yeraltı elektrobusun konseptini dərc edib.

İlon Maskın sözlərinə görə, yeni ictimai şəhər nəqliyyatı növünün hazırlanmasını onun “The Boring Company” şirkəti həyata keçirir. Elektrobusun saatda 200 kilometrə qədər sürət yığacağı ehtimal olunur. O, həmçinin tunellər və liftlər arasında avtomatik keçid edə biləcək.

Bununla yanaşı, yeni nəqliyyat vasitəsi əsasən piyadalar və velosipedçilər üçün nəzərdə tutulub.

“İctimai nəqliyyatın bütün ehtiyacları ödənildikdən sonra sistem avtomobilləri də daşıya biləcək”, - Mask öz Tvitter səhifəsində belə yazır. Habelə qeyd edir ki, layihənin reallaşdırılması üçün minlərlə kiçik dayanacaqlar tikiləcək. Bu, az sayda, lakin böyük ölçülü stansiyaların tikildiyi metro ilə yeni nəqliyyat vasitəsi arasında əsas fərq olacaq. (AzerTac)


“Tesla” kompaniyasının yaradıcısı yeraltı sürət elektrobusunu nümayiş etdirib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda kişilərin evlənmə yaşı artıb - Son 27 ilin rekordu
    Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.
     14.08.2018
    Nazirlikdən hava xəbərdarlığı: şimşək çaxacaq, leysan yağacaq
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ