Suriyada xəstəxanaya hücum edilib.

İslamazeri.com-un “Al-Watan”-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın şimal-şərqində yerləşən Həsəkə əyalətindəki özəl xəstəxana binası partlayış nəticəsinəd yerlə bir olub.
Bildirilir ki, naməlum şəxslər bir neçə məsafədən idarə edilə bilən bombalarla binanı partladıblar.
Nəticədə, “əs-Salam” adı özəl xəstəxana tamamilə yararsız hala gəlib. Xoşbəxtlikdən insident zamanı həyatını itirən olmayıb.
Terrorçular xəstxananı partlatdılar - SURİYADA