1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:28.07.2018 15:45:01

16 may 2016-cı il tarixində Moskvaətrafında, Novorijski şosesində "Stroymarket No 1" ticarət mərkəzinin sahibi Vladimir Savkin və "Lyublino Motors"un təsisçisi Yuri Brilyov “Toyota Land Cruiser” markalı avtomobildə güllələnmişdilər. Savkinlə Brilyovu başlarından aldıqları güllə yaraları ilə Moskva vaxtı ilə saat 22:40-da aşkar etmişdilər...

16 may 2016-cı il tarixində Moskvaətrafında, Novorijski şosesində "Stroymarket No 1" ticarət mərkəzinin sahibi Vladimir Savkin və "Lyublino Motors"un təsisçisi Yuri Brilyov “Toyota Land Cruiser” markalı avtomobildə güllələnmişdilər. Savkinlə Brilyovu başlarından aldıqları güllə yaraları ilə Moskva vaxtı ilə saat 22:40-da aşkar etmişdilər...

Tədqiqatçılar avtomobili qapıları açıq vəziyyətdə tapmışdılar. Sonradan Yuri Brilyovun oğlu Anatoli Brilyov öz ifadələrində qeyd etmişdi ki, "sürücü tərəfdən maşının “krılosu”, bamperi və qapıcı əzilmişdi. Bütün salona və oturacaqlara qan sıçramışdı".

Moskva vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq Komitəsi yaxınlıqdakı yanacaqdoldurma stansiyasından götürülmüş videoyazı nəticəsində cinayəti isti-isti açmağı bacardı. Videoyazıdan görünürdü ki, Azərbaycandan olan və Zelenoqradda yaşayan 57 yaşlı Mehman Kərimov Rusiya biznesmenlərinin avtomobilinə minir.

18 mayda Rusiya hüquq-mühafizə orqanları M.Kərimovu saxladılar. Elə həmin gün o öz ifadələrində törərdiyi əməli etiraf etdi, hətta qətlin motivini göstərdi. "Motiv 600 min dollar məbləğlndə borcla bağlı Vladimir Savkinlə mübahisə nəticəsində yaranmış güclü həyəcan idi”, - deyə M.Kərimov bəyan etdi.

25 mayda Kərimovu təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb etdilər.

Kərimov iddia edirdi ki, tanışı Vladimir Savkinin xahişi ilə onun üçün öz adına bank krediti götürüb. Sonra Savkin pulu qaytara bilməyib və Kərimov buna görə 2010-cu ildə şəhər kənarındakı girov qoyduğu torpaq sahəsini itirib. 15 may 2016-cı ildə Kərimov pulunu almaq üçün son dəfə cəhd edib. Ancaq görüşdə Kərimov anlayıb ki, ona pul verməyəcəklər və borclunu öldürüb. Savkinin avtomobilin sükanı arxasında olan dostu Yuri Brılyovu isə şahid kimi aradan götürüb.

 

Birinci haşiyə

Kərimovun etirafları Savkinin oğlu Roman Savkinin ifadələri ilə - hansı ki, Kərimovla tanışlığı haqda atasından eşitmişdi, təsdiq edilir. Bundan başqa, Kərimov Vladimir Savkinin anasının yas məclisində iştirak edib ki, bu da onların yaxın münasibətlərdə olduğunu təsdiq edir.

Telman İsmayılovun qardaşının birinci həbsi

Mehman Kərimovun həbsindən dərhal sonra istintaq, yanacaqdoldurma məntəqəsindən götürülən videoyazılar üzrə təyin etdi ki, Brilyovun və Savkinin avtomobilinin görüş yerinə gəlməsinə az qalmış, “zapravka”ya Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun oğu Raul İsmayılova məxsus gümüşü “Mercedes” yaxınlaşıb. Avtomobilin sükanı arxasında oliqarxın kiçik qardaşı Rafiq İsmayılov olub. Yanında isə Mehman Kərimov oturub. Biznesmenlərin avtomobili “zapravka”ya çatan kimi qatil maşından düşüb, Brilyovla Savkinin olduğu maşına yaxınlaşıb və qısa söhbətdən sonra onların maşınına əyləşib. Avtomobil yerindən tərpənib və daha sonra salonda atəş səsləri eşidilib. İstintaq müəyyən edib ki, Kərimov avtomobilin salonundan bir neçə dəfə Rafiq İsmayılova zəng edib. Hətta qətldən sonra.

18 mayda Moskva vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq Komitəsi Rafiq İsmayılovu da saxlayıb. Amma Mehman Kərimov Rafiqin bu məsələdə iştirakını inkar etməyə başlayıb, vurğulayıb ki, ondan yalnız onu avtomobildə “zapravka”ya gətirməyi xahiş edib. Öz növbəsində, Rafiq istintaqda bildirib ki, Mehman mülk mübahisəsinə görə qətl törətdiyini sonradan ona etiraf edib.

Müstəntiqlər Mehman Kərimovun sözlərinə inandılar və Rafiq İsmayılovu qoruma altından azad etdilər.

 

İkinci haşiyə

Görünür, müstəntiqlər Rafiq İsmayılovun azad edilməsi haqda qərar qəbul edərkən elementar hüquqi məntiqi rəhbər tutmuşdular. Əgər Rafiq İsmayılov cinayətin sifarişçisi idisə, o, qatili haqq-hesab çəkilən yerə gətirər və qətlin törədilməsindən bir neçə dəqiqə əvvəl, xüsusən də qətldən sonra ona zəng edərdimi?

Üstəlik Kərimov qətli özü törətdiyini tamamilə etiraf, Rafiq İsmayılovun bu məsələdə iştirakını rədd etmişdi. Digər tərəfdən, Rafiq İsmayılov özü etiraf etmişdi ki, Mehman Kərimovla yaxın dostluq münasibətlərindədir, amma onun planlarından xəbərsiz olub və yalnız tanışının xahişini yerinə yetirib.

Müstəntiqlər Rafiq İsmayılovun günahını sübuta yetirəcək heç bir dəlilə malik deyildilər. Xüsusən də Kərimov özü gələrək günahını yazılı şəkildə etiraf etmiş, təsdiqləyici ifadələr vermiş, hətta cinayətin motivini də göstərmişdi. Rafiq İsmayılovu məhz buna görə azad etmişdilər. Və həmin andan R.İsmayılov bu cinayət işində şahid kimi iştirak edir.

 

Telman İsmayılovun ikinci qardaşı üzə çıxır

Ancaq istintaq iddia edir ki, Mehman Kərimov könüllü təslim olmayıb, Telman İsmayılovun başqa qardaşının- Rusiya Daxili İşlər Nazirliyinin zabiti Vaqif İsmayılovun mənzilində saxlanılıb. Pensiyaya çıxana qədər Vaqif İsmayılov Rusiya Daxili İşlər Nazirliyi sistemində yüksək vəzifə tutub - o, Rusiya daxili işlər nazirinin birinci müavini Andrey Novikovun Aparatının başçısı olub. Rusiya polisinin nüfuzlu əməkdaşları bildirirlər ki, Vaqif İsmayılovun Daxili İşlər Nazirliyinin qüsursuz, ədəbli zabit reputasiyası var. Bu səbəbdən Rafiq Mehmanı Vaqifin yanına göndərib ki, polisə necə təslim olmasını ona izah etsin. Axı Mehman Kərimov Rafiqə törətdiyi cinayəti etiraf etmişdi.

Amma... istintaq Vaqif barəsində axtarış elan etdi, lakin onu həbs etməyə müvəffəq olmadı.

 

Rafiq İsmayılovun ikinci həbsi

Ancaq öldürülən biznesmenlərin qohumları istintaq orqanlarının belə qərarı ilə razılaşmırlar və birbaşa Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastırkinə müraciət edirlər. İş Krasnoqorsk rayonundan Moskva vilayəti üzrə İstintaq Komitəsinə verilir.

22 sentyabr 2016-cı ildə istintaq orqanları Rafiq İsmayılovu ikinci dəfə həbs edirlər. Baxmayaraq ki, həbsə sayılı günlər qalmış, 6 sentyabr 2016-cı ildə İstintaq Komitəsinin Moskva vilayəti üzrə yeni müstəntiqləri Mehman Kərimovu əlavə olaraq sorğu-sual etmiş və o, ilkin ifadələrini tamamilə təsdiq etmişdi!!! Bununla belə, güc strukturlarının əməkdaşları heç bir zərurət olmadığı halda Rafiq İsmayılovu və onun ərzaq bazarında olan kiçik oğlunu kobud formada həbs edirlər. Özü də xüsusi zəbt qrupu və xüsusi vasitələr tətbiq etməklə...

Rafiq İsmayılova Savkin və Brilyovun öldürülməsini təşkil etmək ittihamı irəli sürülür. İttihamın mahiyyəti: Rafiq İsmayılov istintaqın müəyyən edə bilmədiyi yerdə və zamanda Mehman Kərimovla cinayət əlaqəsinə girib və ona Savkinin öldürülməsini sifariş verib. İstintaqın versiyasına görə, qətlin motivi Rafiqin Savkinə yenə də “Stroymarket â„– 1” ticarət mərkəzinin satışından əldə olunan və istintaqın müəyyən edə bilmədiyi məbləğdə pul vəsaitini qaytarmaq istəməməsi olub. İstintaq iddia edir ki, bu obyekt Savkinin və İsmayılovun ortaq mülkiyyətində olub və guya onlar obyektin satışından əldə edilən pulu bölə bilməyiblər.

 

“Stroymarket” kimə məxsus idi?

 

Və burada işdə ən ziddiyətli, dolaşıq və paradoksal əhvalat başlayır. Yüksək diqqət!

İstintaq materialları əsasında birmənalı nəticəyə gəlmək olur ki, 2008-ci ildən Rafiq İsmayılovun bu obyektə heç bir aidiyyəti olmayıb. Lakin hər şey barədə növbə ilə.

Obyektin birinci mülkiyyətçisi “Alkor” QSC-dir. 2001-ci il oktyabrın 2-nə olan məlumatlara görə “Alkor”un səhmdarı Rafiq Mərdanoviç İsmayılov olub. 2005-ci il 17 yanvar tarixli icarə müqaviləsinə əsasən Moskva meriyasının torpaq komitəsi “Alkor” QSC-yə Moskva şəhəri, Dubininsk küçəsi, ev 52 ünvanında idman-sağlamlıq, protez-ortopediya və ticarət mərkəzinin tikintisi üçün 900 kvadratmetr torpaq sahəsi ayırıb (Kadastr nömrəsi 77-02-01019-027).

Və biz bu əsas sənədə nəzər salırıq! 26 avqust 2008-ci ildə “Alkor” QSC-nin nizamnaməsinə dəyişiklik edilir. Bu dəyişiklik 03.09.2008-ci il tarixdə hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilir. Dəyişikliklərə əsasən “Alkor” QSC-nin yeni mülkiyyətçisi Vladimir Nikolayeviç Savkin olub. Bəli, siz səhv oxumadınız, hörmətli oxucular, söhbət məhz öldürülən Vladimir Savkindən gedir. Məhz o, 2011-ci il avqustun 5-nə qədər həmin şirkətin yeganə sahibi, mülkiyyətçisi olub.

2011-ci il avqustun 5-də Savkin, hansı ki, o “Stroymarket”in də mülkiyyətçisi idi, “Alkor”u hansısa S.Q.Aleksandrova satır. Aleksandrov kim idi? Cinayət işinin materiallarına əsasən, Aleksandr azərbaycan mənşəli tanınmış rusiyalı biznesmen Tufan Sadıqova bağlı şəxsdir. 2011-ci ildə Tufan Sadıqovun ofisində Savkinin iştirakı ilə ticarət obyektinin Sadıqova bağlı şəxsin adına keçirilməsi prosesi rəsmiləşdirilib. Bu sövdələşmənin bütün şahidləri, habelə cinayət işinin materialları sübut edir: şirkətin səhmlərinin 100 faizi Savkinə məxsus olub. Sənədləri də Savkin özü öz əli ilə imzalayıb. Həmin Tufan Sadıqov isə 2017-ci il fevralın 27-də istintaqa verdiyi ifadəsində təsdiq edir ki, obyekti Savkindən alıb və daha sonra qardaşına-Rusiyada tanınan biznesmen Salam Sadıqova satıb. Beləliklə, 2011-ci ildə ticarət mərkəzinin yeni sahibi Salam Allahverdi oğlu Sadıqov olub

Sadıqov qardaşlarının barəsində biz sonrakı buraxılışlarımızda bəhs edəcəyik.

İndi isə İstintaq Komitəsi tərəfindən Rafiq İsmayılova qarşı irəli sürülmüş rəsmi ittihama nəzər salaq. O, konkret olaraq nədə ittiham olunur?

İttiham aktından çıxarış (Səh. 245-248):

“18 iyun 2012-ci ildə İsmayılov Rafiq Mərdanoviç “Stroymarket” ticarət mərkəzinin satışını 550 min dollara həyata keçirib, bu məbləğin 2 milyon dollarını əvvəlcədən əldə edilmiş razılaşmaya görə Savkin V.N.-ə ona olan borcunun əvəzində verməli idi. Hansı ki, sonuncu bu borca görə İsmayılov R.M-ə əsaslı tələblər irəli sürürdü”.

Başlıca məsələ

 

Rafiq İsmayılov 2012-ci ilin ortalarında bu ticarət mərkəzini necə sata bilərdi ki, onun üzərində mülkiyyət hüququnu hələ 2008-ci il sentyabrın 3-də itirmişdi və səhmlərinin 100 faizini Savkinə güzəştə getmişdi? Məntiq haradadır? Axı cinayət işində olan materiallara əsasən Rafiq İsmayılov həmin ticarət mərkəzinin sahibi olmayıb. Ticarət mərkəzinin mülkiyyətçisi olmayan adam onu necə sata bilər? Və nəyə görə Rafiq İsmayılov, ittihamda deyildiyi kimi, obyekti cəmi 550 min dollara satmışdısa Savkinə 2 milyon dollar verməli idi?

(ardı var...) (virtualaz.org)


Telman İsmayılov öldürüb, ya yox?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Apellyasiya Məhkəməsi  şəhid oğlunun həbs müddətini azaldıb
    Ötən gün Bakı Apellyasiya Məhkəməsində Toğrul Hacıyevin inzibati həbsindən şikayətinə baxılıb.
     15.12.2018
    İlham Əliyev general rütbələri verdi
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
     15.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ