Telegram mesencerinə yaxın vaxtlarda daha bir funksiya əlavə olunacaq.

İslamazeri.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, tezliklə Apple şirkətinin məhsulu olan cihazların istifadəçiləri mətnin tanınması funksiyasından yararlana biləcəklər.
"Yaxın vaxtlarda Telegram-dakı yenilənmələr Apple istifadəçilərini sevindirəcək. Belə ki, proqrama şəkillər üzərindəki mətnlərin tanınması funksiyası da əlavə olunacaq. Beləliklə, siz daha hansısa kredit kartının şəklini və ya skrin-şotunu aldıqda stres keçirməyəcəksiniz", - deyə ekspert yazıb.
Qeyd edək ki, Telegram - bir çox formatda olan mətn və media faylların mübadiləsinə imkan verən mesencer proqramıdır. Layihə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsinin banisi Pavel Durov tərəfindən işlənib hazırlanıb. Bu mobil tətbiq Android, iOS və macOS, Windows Phone və Windows, habelə Linux əməliyyat sistemlərində çalışır.
"Telegram"a yeni funksiya əlavə olunacaq