EURO 1,9874 NEFT 72,68
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:25.12.2017 08:52:34

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi",  “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi və " Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nda dəyişiklik edib.

 

İndiyə qədər ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilibsə, bundan sonra ümumtəhsil məktəbində təhsilverənlərin attestasiyasının, təhsilalanların

yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsilalanların digər hallar üzrə attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. Ali təhsil müəssisələrinin bakalavriat pilləsinə yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları da artıq Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində artıq məhz Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdiriləcək.

 

İndiyə qədər orta ixtisas təhsili pilləsində tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilibsə, bundan sonra ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsilalanların attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək

 

Qeyd edək ki, Nazirlər Kabineti “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə bu qərarlara dəyişiklik edib. 


Təhsil Nazirliyinin səlahiyyəti artırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bahalaşan və ucuzlaşan məhsulların - SİYAHISI
    Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
     16.07.2018
    Ayətullah Xamenei: “Əsrin müqaviləsi” heç vaxt reallaşmayacaq
    İslam düşmənlərinin müsəlmanlarla mübarizədə başda Fələstin məsələsi və Yəmən müharibəsi olmaqla bu cür məsələləri diqqətdə saxladıqlarını xatırladan Ali Lider çıxışını belə davam etdirib
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ