Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:8.12.2021 11:18:40

“Kredit almaq üçün müraciət edərkən akademik kəsr olmaması sadəcə son semestr üzrə tələbdir", - nazirlikdən bildirilib.

Nazirlikdən İslamazeri.com-a bildirilib ki, tələbə təhsil kreditləri üçün arayış tələbi yoxdur.

Qeyd edilib ki, kredit sistemindən qeydiyyatdan keçmək üçün 18 yaşından aşağı şəxslərdən "ASAN login" tələb olunmur: "Onlar notarial ərizə nömrəsi ilə qeydiyyatdan keçə bilərlər. Həmçinin sosial kredit növündə bal tələbi yoxdur. Standart növdə 300 bal var, o da ilk ilin ilk semestri üçündür. Növbəti semestrlərdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) nəzərə alınır".

Vurğulanıb ki, Təhsil Tələbə Krediti Fondu qeyri-kommersiya hüquqi şəxsdir: "Qurumun məqsədi mənfəət əldə etmək yox, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fondun əsas hədəflərindən biri tələbələrin dərslərini yaxşı oxumaqlarına stimul yaratmaqdır. Təklif edilən kredit faizləri də cüzi və simvolikdir. Bu, ölkədaxili kommersiya banklarının təhsil krediti faizinə və ya digər ölkələrin zamin, girov şərtləri ilə müqayisə də edilə bilər. Qaytarılan vəsaitlə bağlı isə hesablama apararkən diqqətli olmaq lazımdır”.

“Kredit almaq üçün müraciət edərkən akademik kəsr olmaması sadəcə son semestr üzrə tələbdir, daha əvvəlki semestrlərdə olması hüquq məhdudlaşdırmır”, - nazirlikdən qeyd edilib.


Təhsil Nazirliyi tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ