Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:18.11.2021 14:53:48

Əmrullayev deyir ki, valideynlər onların getdiyi məktəblə uşaqların getdiyi məktəblər arasında fərqlərin olduğunu qəbul etməlidirlər.

Təhsil sisteminin kökündə duran məsələ dəyərlərin ötürülməsidir. Böyüklər tərəfindən həddən çox gözləntilərin olması ilə razıyam.
İslamazeri.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, valideynlər onların getdiyi məktəblə uşaqların getdiyi məktəblər arasında fərqlərin olduğunu qəbul etməlidirlər: "Biz az sual veririk ki, uşaqlar nə istəyirlər. Ən vacib sual isə budur ki, 20-30 ildən sonra uşaqlara nə lazımdır.
 
Fənn bilikləri ilə bağlı deyə bilərəm ki, fənlərin ayrı-ayrı tədrisi köhnəlib. Biz üzləşdiyimiz problemləri həll etdikdə kompleks düşünür, həyat təcrübəsini tətbiq edirik. Odur ki, biz müasir təhsildən danışırıqsa, metodik olaraq fənn bazasından layihə əsasında öyrənməyə keçməliyik. Artıq 190 mindən artıq uşaq rəqəmsal layihələrə qoşulub.
 
Ümumiləşdirsək, təhsil sahəsində rəqəmsal və yeni müasir tədris metodlarından istifadəyə önəm verməliyik. Çünki həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların istifadəsi lazımdır".
Nazir həmçinin qeyd edib ki, təhsil elə bir sahədir ki, burada hər rəyi nəzərə almaq mümkünsüzdür: "İstər dərs yükü, istər tədrisin məzmunu öz-özlüyündə kifayət qədər dərin mövzudur".

Təhsil naziri: "Valideynlər qəbul etməlidirlər ki,..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ