EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:18.04.2019 15:58:29

Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Azvision.az -a verilən məlumata görə, nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin ”Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb.

Bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.

Təhsil naziri “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib.


Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi
    Avstriyalı deputat hicab qadağasını pisləyib.
     21.05.2019
    Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
    "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ