EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 16:05:28

Şübhəli şəxsin 300 nəfərədək İŞİD üzvlərilə əlaqəsi olub və gələn ay məhərrəm ayı ilə bağlı əza mərasimlərində terror aktları törətməyi planlaşdırıb.

İranda İŞİD terror təşkilatının liderlərindən biri saxlanılıb.

İslamazeri.com-un xəbərinə görə, bu barədə İranın YJC media qurumu məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxsin 300 nəfərədək İŞİD üzvlərilə əlaqəsi olub və gələn ay məhərrəm ayı ilə bağlı əza mərasimlərində terror aktları törətməyi planlaşdırıb. Məlumata görə, şübhəli şəxs İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Tehran yaxınlığındakı qəsəbədə saxlanılıb. Adı açıqlanmayan terrorçunun gecəni paytaxta yaxın Dövlətabad rayonunda keçirdiyi bildirilib.

Bildirək ki, İran təhlükəsizlik orqanları bundan əvvəl də ölkə ərazisində terror aktları törətməyə hazırlaşan İŞİD üzvlərinin saxlanıldığını açıqlayıb.

Xatırladaq ki, iyun ayında ölkə parlamenti binasında və Ayətullah Ruhullah Xomeyninin məqbərəsində 17 nəfərin ölümü ilə nəticələnmiş terror aktlarının məsuliyyətini də məhz İŞİD üzərinə götürmüşdü.


Tehranda İŞİD üzvü saxlanılıb - KİV

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017
    Katolik dünyası parçalanır? - Bir dəstə xristian Papanı mürdət elan etdi
    Roma Papası baxışlarına görə tənqid edilib.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ