Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.10.2021 11:43:47

"Əgər nə vaxtsa qazın topdan satış qiymətində dəyişiklik olarsa, bu proses qazın pərakəndə satışına da təsirini göstərəcək".

Azərbaycanda qazın qiymətinin bir ildə iki dəfə bahalaşması təbii qazın topdan satış qiymətinin bahalaşması ilə bağlıdır.

İslamazeri.com "Trend"-ə istinadən bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O qeyd edib ki, qazın topdan satış qiyməti pərakəndə satışa təsir edir: "Qazın topdan satış qiymətində dəyişiklik edilməsi avtomatik olaraq pərakəndə satış qiymətini də dəyişir. Biz qazın pərakəndə satışını həyata keçirən təşkilatıq. Əgər nə vaxtsa qazın topdansatış qiymətində dəyişiklik olarsa, bu proses qazın pərakəndə satışına da təsirini göstərəcək".

Xatırladaq ki, Azərbaycanda son tarif dyişikliyinə əsasən qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.


Təbii qazın qiyməti yenidən bahalaşacaqmı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ