EURO 1,9921 NEFT 72,13
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.05.2018 11:48:28

Bu gün səhər Tbilisidə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, artıq 3 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Polis parlamentin binası önündə axşamdan qurulmuş çadırları sökməyə cəhd edib. Əvvəlcə aksiya iştirakçılarına sadəcə xəbərdarlıq olunub. Amma sonra polis palatkaları sökməyə başlayıb. Bu zaman iştirakçılarla asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Nəticədə 3 nəfər saxlanılıb.

Aksiyanın əsas təşkilatçısı “Ağ səs” (Belaya şum) İctimai Birliyinin lideri Beka Tsikarişvili parlamentin binası önünə gəlib. O, aksiyanın bu gün də davam etdiriləcəyini bildirib.

Mayın 12-də Gürcüstan Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə Departamentinin qüvvələri paytaxt Tbilisidəki “Basiani” və “Galeri” gecə klublarında əməliyyat keçirib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

“Ağ səs” birliyinin üzvləri isə bunu polisin özbaşnalığı adlandırıb və klublardan götürülən narkotiklərin oraya məhz polis tərəfindən atıldığını iddia edirlər.

Aksiya iştirakçıları baş nazirin və daxili işlər nazirinin istefasını və bir neçə vəzifəli şəxsin cəzalandırılmasını tələb edirlər.


Tbilisidə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bil Geytsdən 55 milyard dollar daha varlı insan - FOTO
    Dünyanın ən varlı adamı yeni rekord vurdu.
     17.07.2018
    Vergilər nazirinin müavini: “Sentyabrdan maliyyə hesabları barədə məlumatlar avtomatik mübadilə ediləcək”
    Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov Tbilisidə vergilər sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş regional forumda çıxışında deyib.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ